Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

08.04.2025 15:06 969
BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

"Sinoptiklərin məlumatına əsasən, bu gündən başlayaraq aprelin 12-dək ölkə ərazisində hava şəraitinin külək və yağışla müşahidə olunan kəskin dəyişməsi, temperaturun ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enməsi gözlənilir. BDYPİ verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı xahiş edir. Yağışlı, çiskinli havalarda yollarda sürüşmə ehtimalı yüksək olduğundan avtomobil sürücüləri sürət həddini yol və meteoroloji şəraiti uyğun seçməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər".

"Piyadalardan isə əlverişsiz havalarda daha da ehtiyatlı davranmaq, səki ilə hərəkət edərək avtomobil yoluna çıxmamaq, yolu yalnız piyada keçidlərindən keçmək xahiş olunur", - deyə məlumatda bildirilib.скачать dle 11.3

Son xəbərlər