Mojo.az Banner
18:33 Bakıda təmir gedən yollar açıqlandı  |     18:28 Elşad Xosedən polisə şikayət olundu  |     18:07 Xameneinin cənazəsi Məşhədə aparıldı - Dəfn olunur  |     17:55 Bakıda küçədə QADIN GÜLLƏLƏNDİ: Keçmiş əri saxlanıldı  |     17:33 Bu ilin ilk 6 ayında bağlı qalmış 218 cinayət işi açılıb  |     17:17 Bakıda kişi keçmiş arvadını küçədə güllələyib öldürdü - Video  |     17:09 Avtomobil bazarında qiymətlər necədir?  |     17:04 Bu il Azərbaycanda minimum əməkhaqqı artırılacaq?  |     16:59 FHN "Sədərək" MMC-yə məxsus restoranda pozuntu aşkarladı - Cərimə olundu  |     16:38 Paşinyan: "TRIPP layihəsi İranın da maraqlarına cavab verir"  |     16:37 Tək yaşayan şəxslərin evlərini hədəf alan dəstə üzvlərinə hökm oxundu  |     16:23 Həbsdən çıxan keçmiş məhbus moped oğurladı, polis yaxaladı  |     16:08 Meyvə şirəsi adı ilə satdıqları məhsullarda - Rəngləyici aşkarlandı (FOTO)  |     16:06 Sabiq icra başcısının oğlunun iki milyon manatı yoxa çıxıb: Əlbir olub Türkiyəyə qaçırtdılar  |     16:03 “Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab  |     15:44 Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı YOL ÇƏKİLƏCƏK  |     15:20 Sahibkar olmaq, yoxsa investor? Gənclər hansı yolu seçməlidir?  |     15:04 "Freelancer"lər üçün yeni qaydalar: Vergi artırılır, yoxsa güzəşt edilir?  |     14:57 ABŞ ordusu İranı Rusiya və Çinlə bağlayan tranzit körpünü BOMBALADI  |     13:16 Mərakeş millisinin ən məhsuldar oyunçusu Fransaya qarşı oynamayacaq  |    
Left Banner
Right Banner

Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib

05.04.2025 16:54 606
Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən bildirilib ki, videobağlantı formatında keçirilən iclasda nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də Milli Müdafiə Universitetinin və tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, həmçinin ölkənin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ordu quruculuğunun ölkəmizdə prioritet məsələlərdən biri olduğunu qeyd edən müdafiə naziri bölmələrin xidməti-döyüş fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı Ali Baş Komandanın Ordu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Müdafiə naziri bildirib ki, tarixi Zəfərin sülh danışıqlarına yol açdığını qeyd edən Ali Baş Komandan Azərbaycan Ordusunun xüsusilə 44 günlük Vətən müharibəsi və sonrakı döyüş əməliyyatlarında nümayiş etdirdiyi peşəkarlığı yüksək qiymətləndirib, bununla da qarşımızda daha məsuliyyətli vəzifələr qoyub.

Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, o cümlədən son günlər qarşı tərəfin bölmələrimizi mütəmadi olaraq atəşə tutması, mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirmə cəhdləri geniş müzakirə edilib. Nazir Azərbaycan Ordusu bölmələrinin hər an istənilən təxribata qarşı çevik reaksiya verməyə hazır olması barədə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub, döyüş növbətçiliyinin təşkili zamanı ayıq-sayıqlığın artırılmasının vacibliyini vurğulayıb.

Daha sonra Azərbaycan Ordusunda aparılan uğurlu islahatların müsbət nəticələrindən danışılıb, cari il ərzində həyata keçirilən və planlaşdırılan tədbirlər müzakirə edilib.

Qoşunların döyüş imkan və qabiliyyətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayan nazir müasir döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən hərbi təlimlərin intensivliyinin qorunub saxlanılmasını və texnoloji yeniliklərin tətbiqi ilə keyfiyyətinin daim artırılmasını tapşırıb. Müasir informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərlə bağlı göstərişlər verib.

Hərbi təhsil sistemində əlçatanlığın, əhatəliliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə tətbiq edilən yeni forma və metodlar nəzərə alınmaqla bölmələrin peşəkar kadr heyəti ilə komplektləşdirilməsinə xüsusi diqqət yetirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazir müxtəlif ixtisaslı hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışlarında onların bilik və bacarıqlarının artırılması, həmçinin silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydalarının öyrədilməsi üzrə vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.

Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mənəvi-psixoloji hazırlığı, xüsusilə kəskin relyefli ərazilərdə dislokasiya olunan bölmələrin maddi-texniki təminatı, keyfiyyətli qidalanmasının təşkili, həmçinin təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsi barədə tələblər bir daha komandir heyətinə çatdırılıb.

Müddətli həqiqi hərbi xidmətə yeni çağırılan gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların adaptasiya prosesinə həssaslıqla yanaşılması, eləcə də sağlamlıqlarının diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq göstərişlər verilib.

Hərbi qulluqçularla mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsi və icra edilən fəaliyyətlərin nizamnamələrin tələblərinə uyğun tənzimlənməsinin vacibliyi vurğulanıb.

Qoşunların mövsümə uyğun bütün növ ehtiyatlarla təmin edilməsi, silah və texnikanın yaz-yay mövsümü istismarı rejiminə keçidinə hazırlıq işləri ilə bağlı müvafiq tapşırıqlar verilib.

Müşavirədə, həmçinin azad edilmiş ərazilərdə təhlükəsizlik qaydalarına əməl olunmaqla aparılan mühəndis tədbirlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Sonda general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun Ali Baş Komandanın etimadını hər zaman doğrultduğunu, bundan sonra da doğruldacağını əminliklə ifadə edib.скачать dle 11.3
Mojo.az Banner