Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

"AFB Bank"da yoxlama: Bir milyon manata yaxın əlavə vəsait ödəyəcək

03.04.2025 18:46 1 029
"AFB Bank" Açıq Səhmdar Cəmiyyətində vergi yoxlaması keçirilib.

Median.Az
Valyuta.az-a istinadən xəbər verir ki, Dövlət Vergi Xidməti tərəfindən aparılan yoxlamalar zamanı "AFB Bank" ASC-də səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 571 963.53 manat əlavə vergi, 345 991.01 manat maliyyə sanksiyası (cəmi 917 954.54 manat) hesablanıb.

Qeyd edək ki, "AFB Bank" ASC-nin İdarə Heyətinin sədri Orxan Xubanlı bu ilin fevral ayında vəzifəsindən ayrılıb. Ehtimal edilir ki, o, sözügedən pozuntulara görə postundan gedib.

"AFB Bank" Müşahidə Şurasının qərarına əsasən, İdarə Heyətinin sədrinin vəzifələrini Lalə Quliyeva icra edəcək. O, hazırda bankın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.

Xatırladaq ki, "AFB Bank" ASC-nin səhmlərinin 99.6 faizi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarət etdiyi bildirilən "Gilan" MMC-yə məxsus olub. 2019-cu ilin fevral ayında "Gilan" MMC bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Hikmət İsmayılov Kəmaləddin Heydərovun bacanağıdır. Bu o deməkdir ki, "AFB Bank" ASC yenə də Kəmaləddin Heydərovun nəzarətindədir.

Son xəbərlər