Mojo.az Banner
13:32 Dünya bazarında qızıl ucuzlaşdı: Son birja rəqəmləri açıqlandı  |     13:21 Bahalaşma olacaq – Ərzaq qiymətləri ilə bağlı proqnoz  |     13:16 “Reels” izləmələk yuxunu və yaddaşı pozur – Həkim  |     12:52 Eyvanını böyütmək istəyənlərə xəbərdarlıq: İcazəsiz dəyişiklik qadağandır  |     12:39 Piyada keçidində üstünlük kimindir? – Sürücülərə ciddi xəbərdarlıq  |     12:30 Universiteti 3 ilə bitirmək mümkün olacaq?  |     12:10 Palma yağına tələbatı artırdı – Səbəb bu imiş  |     12:02 Bu qayda pozuntuları sürücülərə baha başa gəlir - Açıqlama  |     11:53 85 bal topladı, 60 manat ödədi — Niyə işsiz qaldı? — AÇIQLAMA  |     11:49 Bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA  |     11:47 Ceyk Pol yenidən böyük rinqə qayıdır  |     11:28 DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı  |     11:24 Bakıda ailə dramı: Kişi yeməyə görə arvadını döydü, saçını yoldu  |     23:03 Bakıda 363 min manata ev aldı - Keçmiş sahibinə görə mənzilə həbs qoyuldu (VİDEO)  |     22:58 "İmişli" "Şəfa"nı məğlub etdi  |     22:52 Gənc oğlan ona siqaret verməyən şəxsi döydü, həbs olundu  |     22:46 Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər  |     22:40 Azərbaycanda neçə din xadimi var? - RƏQƏMLƏR  |     22:33 Azərbaycanda yeni nazirlik yaradılır? – AÇIQLAMA  |     22:25 İtaliyanın məşhur adalarında meşələr yanır  |    
Left Banner
Right Banner

FHN-dən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

02.04.2025 12:19 831
FHN-dən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində respublikanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı və dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində qeyd olunub.

"Qeyd olunanları nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır:

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Həmçinin, intensiv yağıntıların səbəb ola biləcəyi seldən qorunmaq üçün sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Bundan əlavə, qərb küləyi fonunda havanın temperaturunun yüksəlməsi nəticəsində bəzi yüksək dağlıq ərazilərdə yaranan qar uçqunu təhlükəsini nəzərə alaraq, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə olunur", - xəbərdarlıqda bildirilib.скачать dle 11.3
Mojo.az Banner