Mojo.az Banner
23:00 Epşteynin sağ olduğu iddia edildi  |     22:56 Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" detalı (Video)  |     22:45 Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - Video  |     22:33 "Card to card" dövrü bitir? - Hər kəsin bilməli olduğu YENİLİK  |     22:12 Ermənistanda hərbi qulluqçunun meyiti aşkarlanıb  |     22:08 200 illik tarixi məscid qəzalı vəziyyətdə: İbadət edənlər Zaqatalaya gedirlər (Video)  |     22:01 Azərbaycana səfəri zamanı ABŞ vitse-prezidentini dövlət katibinin müavini müşayiət edəcək  |     21:50 AZTV-nin sədr müavininə ağır itki  |     21:40 Pakistanda məsciddə törədilmiş terror aktının təşkilatçısı saxlanıldı  |     21:29 Alış-veriş edən 73 yaşlı kişinin ürəyi dayandı - Azərbaycanda  |     21:17 "Qızıl qaya" istirahət mərkəzində yanğın oldu  |     21:06 Ceyhun Bayramov sabiq səfirə yüksək vəzifə verdi (FOTO)  |     20:51 On min manatlıq cehizlik oğurlayan şəxs saxlanıldı  |     20:37 Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi - Sumqayıtda  |     20:36 "Crocus City Hall"dakı terror aktı üzrə məhkəmədə gizli şahidin ifadəsi dinlənildi  |     20:08 Uşaqlar dərsə gəlmir deyən müəllimlə bağlı tədbir görüldü - VİDEO  |     19:59 Ermənistan XİN-də Azərbaycan və Türkiyə ilə münasibətlər müzakirə edilib  |     19:51 Güllələnən müəllimin atası: "Sosial şəbəkədə nə gəldi yazırlar" (VİDEO)  |     19:31 Azərbaycan cüdoçusu finala vəsiqə qazandı  |     19:25 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?  |    
Left Banner
Right Banner

Novruz və Ramazan bayramları turizm sektoruna necə təsir edib? - ARAŞDIRMA

01.04.2025 20:41 486
Novruz və Ramazan bayramları turizm sektoruna necə təsir edib? - ARAŞDIRMA
Azərbaycanda uzunmüddətli bayram istirahətləri, xüsusilə Novruz və Ramazan bayramları, turizm sektoruna mühüm təsir göstərir. İnsanlar bu fürsətdən istifadə edərək hotellərə, restoranlara və müxtəlif turizm obyektlərinə üz tuturlar. Uzunmüddətli istirahət günləri daxili turizmin canlanması üçün əhəmiyyətli rol oynayır.

Bəs, bu il bayram günləri turizm sektoruna necə təsir etdi?

Turizm sektoru üçün 12 günlük fürsət

“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri və “Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi “Report”a bildirib ki, 12 günlük istirahət dövrü turizm sektoru üçün böyük imkan yaradıb. Onun sözlərinə görə, bu günlərdə vətəndaşlar səfərlərini əvvəlcədən planlaşdıraraq özlərinə uyğun turizm xidmətlərini seçiblər.

“Bayram günləri həm turizm sənayesi, həm də vətəndaşlar üçün uğurlu keçdi. Xüsusilə regional hotellər üçün bu dövr məhsuldar oldu. Bakı və digər iri şəhərlərin sakinləri əsasən regionlara üz tutaraq təbiətə yaxın olmağa üstünlük verdilər. Ümumilikdə, ciddi narazılıqlar, yəni qayda pozuntuları və servis problemləri qeydə alınmadı”, - deyə S.Dübəndi qeyd edib.

Ekspertin sözlərinə görə, hotellərin gecələmə xidmətlərinin qiymətləri ötən illə müqayisədə ciddi fərqlənməyib. Bununla belə, restoran xidmətlərində qiymət artımı müşahidə olunub.

“Bu artım təkcə Bakıda deyil, regionlarda da hiss olunurdu. Xüsusilə turistik məkanlardakı restoranların qiymətləri kifayət qədər yüksəlib. Bu, müəyyən narazılıqlara səbəb ola bilər. Sahibkarlara süni qiymət artımından çəkinməyi və qiymət siyasətinə diqqət yetirməyi tövsiyə edirik. Digər tərəfdən, qida məhsullarının bahalaşması yeməklərin maya dəyərinə təsir edir”, - o bildirib.

İnfrastruktur və nəqliyyatla bağlı çətinliklər

Bayram günlərində turizm axınının əsas istiqamətlərinə toxunan ekspert qeyd edib ki, ənənəvi turizm məkanları kifayət qədər aktiv fəaliyyət göstərib. Bununla belə, bəzi magistral yollardakı problemlər müəyyən çətinliklər yaradıb:

“Bəzi yolların komfortlu olmaması, digərlərində isə yol tikinti və bərpa işlərinin aparılması bəzi regionlara səfərləri çətinləşdirib. Lakin sürətli qatarlar müntəzəm işləyib və ildən-ilə onlardan istifadə edən turistlərin sayı artır. Ümumilikdə, dəmir yolu nəqliyyatına maraq yüksəlir, çünki bu, avtomobil nəqliyyatı ilə müqayisədə daha komfortludur. Amma vaxt baxımından daha çox çəkir. Əgər sürətli dəmir yolu xətləri inkişaf etsə, düşünürəm ki, regionlara turist axını daha da artar”, – deyə S.Dübəndi əlavə edib.

O, həmçinin turizmin inkişafı üçün həll olunmalı problemlərə toxunub:

“Regionlarda turizm agentliklərinin və şirkətlərinin azlığı, yerli bələdçilərin çatışmazlığı və turizm nəqliyyatının yetərsizliyi qiymət artımına təsir edən əsas amillərdəndir. Bakıdan gələn qrupları müşayiət edən bələdçilər və sürücülər yerli xidmət sahəsində çalışan insanlara nisbətən daha baha başa gəlir. Əgər bu məsələlər həll olunsa, turizm fəaliyyətlərinin regional səviyyədə genişlənməsi və bu sahədə bizneslərin inkişafı regional sosial-iqtisadi inkişafa töhfə verə bilər”.

Apreldən turist axınının artımı bərpa olunacaq

“Azərbaycan Turizm Peşəkarları Təşkilatı” İctimai Birliyinin sədri Ceyhun Aşurov isə mart ayında əvvəlki illərlə müqayisədə daha az aktivlik müşahidə olunduğunu bildirib:

“Ölkəyə gələn turistlərin sayında ilk iki ayda ötən illə müqayisədə azalma qeydə alınıb. Bunun əsas səbəbi Ramazan ayı ilə əlaqədar bəzi bölgələrdən gələn turistlərin sayının azalmasıdır. Xüsusilə Körfəz ölkələrindən gələn turistlərin sayı nisbətən az olub”.

O, Azərbaycanın müxtəlif ölkələrlə uçuş nöqtələrinin sayını artırdığını, prosedurları asanlaşdırmağa çalışdığını və bəzi ölkələrlə vizaların ləğv edildiyini vurğulayıb.

“Bütün bu tədbirlər aprel ayından etibarən turist sayına müsbət təsir göstərə bilər. Qiymətlərə gəldikdə isə mart ayında hotellərin qiymətləri ciddi dəyişməyib. Bakı şəhərində hotellərin doluluq səviyyəsi əvvəlki illərlə müqayisədə daha aşağı olub”, - o bildirib.

C. Aşurov əlavə edib ki, bayram tətilləri ilə əlaqədar ölkədən çıxış turizmi də aktivləşib və ilin sonuna qədər həm daxili, həm də xarici turist axınının artacağı gözlənilir.

Ekspertlərin fikrincə, bayram günləri turizm sektoru üçün ümumilikdə uğurlu keçib. Hotellərin doluluq səviyyəsi yüksək olub, ciddi şikayətlər qeydə alınmayıb, lakin restoran xidmətlərində qiymət artımı müşahidə edilib. Bununla yanaşı, yol infrastrukturunun təkmilləşdirilməsi və regional turizm potensialının gücləndirilməsi gələcək inkişaf üçün vacib məsələlər olaraq qalır.

Statistika nə deyir?

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 338 621 xarici və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,6 % azdır. Təkcə fevralda ölkəyə 165 968 xarici turist gəlib, bu da əvvəlki illə müqayisədə 5,1 % azalma deməkdir.

Ən çox turist Rusiya (79 329 nəfər), Türkiyə (63 107 nəfər) və Hindistandan (33 663 nəfər) gəlib. Bundan başqa, İran (31,4 min), Gürcüstan (17 min), Qazaxıstan (11 min), Pakistan (10,9 min), BƏƏ (9,7 min), Səudiyyə Ərəbistanı (9,6 min) və Özbəkistandan (5,8 min) turist ölkəyə səfər edib.скачать dle 11.3