Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

“KANAL S”in yayımı 24 saatlıq dayandırılacaq

01.04.2025 18:25 1 491
“KANAL S”in yayımı 24 saatlıq dayandırılacaq
Audiovizual Şura “KANAL S”in yayımının 24 saatlıq dayandırılması haqqında qərar qəbul edib.

Bu barədə qurum məlumat yayıb.

Şuranın bu gün keçirilən onlayn iclasında adıçəkilən televiziya kanalında yayımlanan "özün bitdiyi an" proqramının martın 28-də saat 11:00-12:46 efirə getmiş buraxılışında aparıcının səsləndirdiyi fikirlərin qanunvericiliyin tələblərinə uyğunluğu müzakirə olunub.

İlk olaraq məsələ ilə bağlı monitorinq arayışı və müvafiq hüquqi rəy nəzərdən keçirilib.

Müzakirələrdən sonra proqramda "Media haqqında" qanunun 14.1.4-cü maddəsinin tələblərinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır) pozulmasının baş verdiyi ilə bağlı ümumi nəticəyə gəlinib. Aparıcı tərəfindən səslənən fikirlərin etik davranış normalarından savayı, gender bərabərliyi, hər hansı bir ayrı-seçkiliyin təbliğinin yol verilməməsi ilə bağlı qanunvericilik tələblərinin kobud pozulması faktı olduğu bildirilib.

Pozuntu faktına görə qanunla müəyyən edilmiş ən uzunmüddətli yayımın dayandırılması sanksiyası tətbiq olunaraq "Kanal S" televiziya kanalının proqramlarının yayımının aprelin 4-ü səhər saat 06.00-dan aprelin 5-i saat 06.00-dək 24 saatlıq dayandırılması ilə bağlı müvafiq qərar qəbul olunub.

Həmçinin "Kanal S" MMC-nin rəhbərliyindən aparıcıların "Media haqqında" qanuna uyğun fəaliyyət göstərmələrinin təmin edilməsi tələb olunub.

Son xəbərlər