Mojo.az Banner
16:34 Moskvada "Ferrari" ilə qəza törədən repçi Nəvai məhkəməyə verildi  |     16:08 Azərbaycanda dövlət qurumu ləğv edildi  |     16:00 Meteohəssas insanların NƏZƏRİNƏ  |     15:57 Bakıda mağazadan terminal oğurlandı - Video  |     15:50 Valideynlərin DİQQƏTİNƏ: Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI  |     15:45 Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs olundu  |     15:43 Bakıda 38 yaşlı qadın dənizdə batdı  |     15:42 Küçədə keçmiş arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxsin vəziyyəti açıqlandı  |     15:33 Bəzi məhsulların sənədi olmadan ölkəyə gətirilməsi QADAĞAN EDİLİR  |     15:32 ƏDV ilə bağlı qərar: Yeni köçürmə imkanı yaradılır  |     15:21 "Psixiatriya yardımı haqqında" Qanun dəyişir - Milli Məclis TƏSDİQLƏDİ  |     15:19 Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı artıb  |     15:15 İsmayıllıda BƏDBƏXT HADİSƏ: 5 yaşlı uşaq HOVUZDA BOĞULDU  |     15:12 Azərbaycandan tranzit keçməklə Ermənistana yeddi vaqon buğda göndəriləcək  |     14:45 Yaxın Şərqdə gərginliyin artması nefti bahalaşdırdı  |     14:25 Tarixi abidələrlə bağlı YENİ QƏRAR  |     13:18 Gəncədə yas məclisində zəhərlənənlərin SON DURUMU - RƏSMİ AÇIQLAMA  |     12:41 Rusiyada güclü zəlzələ oldu  |     12:40 Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb  |     12:39 Bakıda baş verən yanğında 3 nəfər tüstüdən zəhərlənib  |    
Left Banner
Right Banner

XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

31.03.2025 13:15 1 110
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Xarici İşlər Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

Median.Az
həmin bəyanatı təqdim edir:

"Bu gün radikal erməni qruplaşmaları tərəfindən ötən əsrdə dinc azərbaycanlılara qarşı törədilmiş ən böyük soyqırımlarından biri olan, minlərlə həmvətənimizin etnik və dini zəmində amansızlıqla qətlə yetirildiyi 1918-ci il mart soyqırımından 107 il ötür. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə faciəvi hadisələrin günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Azərbaycanlılara qarşı sistematik etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olan bu qırğınlar zamanı Qafqazın fövqəladə komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın özünün də etiraf etdiyi kimi, Bakı Sovetinin 6 000 və Daşnaksütyun Partiyasının 4 000 silahlı əsgəri tərəfindən planlı şəkildə "əks-inqilabçılarla mübarizə" adı altında bir sıra, o cümlədən Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan bölgələrində dinc azərbaycanlıların xüsusi amansızlıqla qətli həyata keçirilib. Kütləvi qırğınlar nəticəsində təkcə Qubada xüsusi qəddarlıqla 16 000-dən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib.

Onminlərlə həmvətənimizin qətlə yetirildiyi bu soyqırımı zamanı azərbaycanlılara aid olan mədəni, dini abidələr, məscid və qəbiristanlıqlara qarşı törədilən vəhşiliklər baş verənlərin etnik nifrət və dözümsüzlük cinayəti olmasının sübutudur.

Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından sonra hadisələrin tədqiqi, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədilə xüsusi təsisatların yaradılmasına, 31 mart tarixinin ümummilli matəm günü kimi qeyd edilməsinə baxmayaraq, Cümhuriyyətin süqutu bu cinayətə siyasi-hüquqi qiymətin verilməsinə mane olub.

Müstəqilliyimizin bərpasından və ulu öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıtmasından sonra 26 mart 1998-ci il tarixində imzalanmış "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla baş verənlərə siyasi qiymət verilib.

XX əsrin əvvəlində törədilən qırğınların əsasında duran etnik nifrət və dözümsüzlük siyasəti əsrin sonunda azərbaycanlıların indiki Ermənistan ərazilərindən kütləvi deportasiyası, münaqişə və işğal dövründə xalqımıza qarşı törədilən qətliamlar, Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətlər, habelə 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı dinc insanlara qarşı müharibə cinayətləri ilə davam etdirilib.

Hazırkı postmünaqişə dövründə bölgənin tarixinə düşən bu qanlı səhifələrin birdəfəlik çevrilməsi, dayanıqlı və dönməz sülhün bərqərar edilməsi üçün tarixi imkanların mövcudluğuna baxmayaraq, bu günədək baş verən bütün dəhşətlərin əsasında dayanan və Ermənistan konstitusiyası daxil olmaqla, bir sıra qanunvericilik aktlarında təsbit olunan ərazi iddialarının hələ də qalmaqda davam etməsi regionun sabit gələcəyi üçün ən böyük əngəl və narahatlıq mənbəyidir.

Bu baxımdan, Azərbaycan törədilən cinayətlərin günahkarlarının hüquqi məsuliyyətə cəlb edilməsi üçün milli və beynəlxalq səylərini davam etdirməklə yanaşı, bölgədə dayanıqlı sülhün qurulması üçün Ermənistanın ölkəmizə qarşı davam edən ərazi iddialarına son qoyulması tələbində qəti və dönməzdir.

31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və soyqırımına məruz qalan günahsız azərbaycanlıların əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik. Allah rəhmət eləsin!"скачать dle 11.3
Mojo.az Banner