Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın BMT-dəki nümayəndəsi: "Sıfır Tullantı təşəbbüsü COP29-da qlobal dəstək qazandı"

28.03.2025 12:04 1 155
Azərbaycanın BMT-dəki nümayəndəsi:
BMT Baş Assambleyasında Türkiyənin təşəbbüsü ilə 30 Mart - Beynəlxalq Sıfır Tullantı Günü münasibətilə xüsusi sessiya keçirilib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, sessiyada çıxış edən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Tofiq Musayev Sıfır Tullantı hərəkatının əhəmiyyətini vurğulayıb. O bildirib ki, "Sıfır Tullantı" təşəbbüsü COP29 zamanı qlobal miqyasda böyük dəstək qazanıb.

Diplomat bu sahədə Türkiyənin liderliyini və xüsusilə birinci xanım Əminə Ərdoğanın şəxsi səylərini yüksək qiymətləndirib.

T.Musayev Azərbaycanın Sıfır Tullantı sahəsində atdığı addımlar və bu istiqamətdə gördüyü işlər barəsində qonaqları məlumatlandırıb. Bildirib ki, Azərbaycanın Sıfır Tullantı konsepsiyasının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq və daha yaşıl bir planet yaratmaq yolunda əsas prinsiplərdən biridir: "Azərbaycan bir sıra DİM-lər üzrə irəliləyişi sürətləndirmək üçün konkret addımlar atır. Bunlara yerli dairəvi iqtisadiyyat layihələrinə dəstək vermək, dayanıqlı tekstil istehsalını təşviq etmək, innovasiya və təhsil yolu ilə tullantıları azaltmaq təşəbbüsləri daxildir".

Səfir vurğulayıb ki, COP29 çərçivəsində Azərbaycan və Tokio yaşıl zonada birgə pavilyon açaraq ekoloji inkişafa kollektiv fəaliyyət vasitəsilə töhfə verməyə sadiq olduqlarını nümayiş etdiriblər: "Bundan əlavə, COP29 zamanı Üzvi Tullantılardan Metan Qazının Azaldılması ilə bağlı Bəyannamə qəbul edilib. Bu sənəd tullantıların sürətlə artmasının qarşısını almaq, tullantıların idarə olunması və Sıfır tullantı təcrübələrinin tətbiqini genişləndirmək üçün kompleks tədbirlərin vacibliyini vurğulayır. COP29 Fəaliyyət Gündəliyinin bir hissəsi olaraq hazırlanan "Dayanıqlı və Sağlam Şəhərlər üçün Çoxsektorlu Fəaliyyət Yolları Bəyannaməsi" şəhərlərdə iqlim problemlərinə kompleks yanaşmanı təşviq etməyi, şəhər iqlim siyasətləri arasında əlaqələndirməni gücləndirməyi və şəhər iqlim maliyyəsini stimullaşdırmağı hədəfləyir".

Azərbaycan 2026-cı ildə keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ev sahibliyi edəcək: "Bu tədbir dayanıqlı şəhər inkişafını təşviq etmək, Sıfır Tullantı təşəbbüslərini gücləndirmək və iqlimə davamlı şəhərlərin yaradılması ilə bağlı beynəlxalq öhdəlikləri bir daha təsdiqləmək üçün mühüm platforma olacaq".

Son xəbərlər