Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Trampın yüksək vəzifəli məmurlarına Signal-dakı qalmaqallı çata görə məhkəmə iddiası qaldırıldı

26.03.2025 21:39 642
Trampın yüksək vəzifəli məmurlarına Signal-dakı qalmaqallı çata görə məhkəmə iddiası qaldırıldı
Tramp administrasiyasının beş yüksək vəzifəli məmuruna qarşı Signal messencerində iştirak etdiklərinə görə federal məhkəmə iddiası qaldırılıb.

Bu barədə ABC News məlumat yayıb.

Qeyri-hökumət təşkilatı American Oversight martın 25-də Vaşinqtonda Tramp administrasiyasının beş yüksək vəzifəli rəsmisinə qarşı federal məhkəmə iddiası qaldırdığını elan edib. Onlar Signal messencerində qapalı çata daxil olaraq Yəməndə husilərə qarşı ABŞ əməliyyatının detallarını müzakirə ediblər.

İddiada təşkilat bildirib ki, bu tip məsələlərin messencer vasitəsilə müzakirəsi federal qanunvericiliyin sənədlərin qorunması qaydalarını pozur.

Federal məhkəmədən tələb edilib ki, cavabdehlərə "qanunla nəzərdə tutulmuş federal arxivlərin qorunması və bərpası öhdəliklərini yerinə yetirmələri" göstərişi verilsin, çünki Signal vasitəsilə icazəsiz qərarlar qəbul edilməsi milli təhlükəsizlik sahəsində ciddi pozuntu hesab edilə bilər.

Cavabdeh kimi Pentaqon rəhbəri Pit Geqset, milli kəşfiyyat direktoru Tulsi Qabbard, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff, maliyyə naziri Skott Bessent, Dövlət katibi Marko Rubio, həmçinin Milli Arxiv və Sənədləşmə İdarəsi göstərilib.

Martın 25-də kəşfiyyat orqanlarının rəhbərləri Qabbard və Retkliff bu insidentlə bağlı Senatın Kəşfiyyat Komitəsi qarşısında hesabat verməli olublar. Onlar çatda heç bir məxfi məlumat paylaşmadıqlarını iddia ediblər.

Tramp administrasiyasında milli təhlükəsizlik üzrə müşavir Mayk Volts isə The Atlantic jurnalının redaktorunun Signal çata daxil olması ilə bağlı səhvə görə məsuliyyət daşıdığını faktiki olaraq etiraf edib, lakin bununla yanaşı, jurnalisti günahlandırmağa çalışıb.

Tramp Signal çatı qalmaqalından sonra Voltsu müdafiə edərək bildirib ki, "o, dərsini aldı" və hadisə elə də ciddi nəticələrə səbəb olmayıb.скачать dle 11.3
Mojo.az Banner