Mojo.az Banner
22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |     20:41 Azərbaycanın Niderland Krallığındakı yeni səfiri kimdir? - DOSYE  |     20:29 Payız Azərbaycana bu tarixdə daxil olacaq  |     20:25 Şənbə günü 35 dərəcə isti olacaq  |     20:11 Uşaqlar arasında yayılan virusa qarşı nə edilməlidir? - VİDEO  |     19:58 Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər  |     19:44 Azərbaycanda xəsatəxanalarla bağlı əhaliyə SEVİNDİRİCİ XƏBƏR  |     19:34 Məleykə Abbaszadə ali məktəblərə qəbulun yekun nəticələrini AÇIQLADI  |     19:31 Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi dövlət nəzarətinə götürülüb  |    
Left Banner
Right Banner

ABŞ-nin Ermənistandakı biolaboratoriyaları barədə bir sıra YENİ MƏLUMATLAR ÜZƏ ÇIXIB

25.03.2025 13:07 819
ABŞ-nin Ermənistandakı biolaboratoriyaları barədə bir sıra YENİ MƏLUMATLAR ÜZƏ ÇIXIB
Ermənistanda ABŞ-nin maliyyəsi ilə fəaliyyət göstərən hərbi-bioloji laboratoriya Ermənistanın və bir sıra digər ölkələrin mətbuatında gündəmdə saxlanılır.

Median.Az
xarici KİV-ə istinadən xəbər verir ki, hələ ötən il Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndələri ilə bu barədə müqavilə imzalayıb.

Məlumata görə, həmin laboratoriya Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşəcək.

Bu məlumatların mətbuatda dərc edilməsindən sonra ABŞ-nin Ermənistandakı səfirliyi önündə aksiyalar da keçirilib.

İndi isə İrəvan mətbuatı yazır ki, Ermənistanda ABŞ tərəfindən maliyyələşdirilən hərbi-bioloji laboratoriyalar, paytaxtda, eləcə də, Qeqarkunik, Şirak, Lori, Tavuş, Armavir, Ararat və Sünik bölgələrində fəaliyyət göstərir.

"Həmçinin İcevan, Gümrü, Martuni, Qafan və Vanadzorda (Böyük Qarakilsə) daha yaxşı təchiz olunmuş laboratoriyalar mövcuddur. Təkcə İrəvandakı bu laboratoriyalarda, inzibati heyət də daxil olmaqla 140-a yaxın insan çalışır", - deyə mənbə yazıb.

ABŞ-nin Ermənistandakı səfirliyi bu biolaboratoriyaların yeri, fəaliyyət dairəsi, sayı və məqsədləri barədə medianın ünvanladığı sualları cavablandırmaqdan imtina edib.

Qeyd edək ki, hazırda Ermənistanda ABŞ-nin 13 hərbi-bioloji laboratoriyasının olduğu qeyd edilib. Kreml bu laboratoriyalara qarşı hələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində hərəkətə keçib. Təşkilatın 2023-cü ildə keçirilən iclaslarında da bu məsələ qaldırılıb və Ermənistana xəbərdarlıq olunub.скачать dle 11.3
Mojo.az Banner