Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?

24.03.2025 12:53 822
Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
"Ölkənin müxtəlif ərazilərində, xüsusilə, paytaxt Bakı və ətraf ərazilərdə yüzlərlə yaşayış massivləri, kənd və qəsəbələr mövcuddur. Bu ərazilərdə yüz minlərlə fərdi yaşayış evi inşa edilib. Fərdi yaşayış evləri inşa edilərkən mütləq şəkildə həmin ərazinin relyefi, ekoloji durumu qiymətləndirilməlidir. Bundan sonra yaşayış massivlərinin salınmasına icazə verilməlidir. Vətəndaşlar özləri də fərdi yaşayış evi inşa edərkən mütləq həmin ərazinin ekologiyasını nəzərə almalıdırlar. Bu gün Bakı ətrafı ərazilərdə, xüsusilə Abşeronda yaşayış üçün qadağan olunmuş ərazilərdə tikilmiş fərdi həyət evləri birbaşa təhlükə mənbəyidir. Məsələn, Abşerondan vulkanik dağların ətrafında yaşayış massivləri tikilib. Həmin ərazidə istənilən zaman vulkan püskürə, böyük fəlakətlə nəticələnə bilər".

Median.Az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Ekspert bildirib ki, yüksək gərginlikli elektrik stansiyalarının ətrafında tikilmiş fərdi yaşayış evləri də şüalanmaya məruz qalır:

"Digər tərəfdən, rütubətli ərazilərdə yaşayış massivlərinin salınması həmin evlərin təmirinin qısa müddətdə bərbad vəziyyətə düşməsi ilə bərabər, insan sağlamlığına da mənfi təsirini göstərir. Buna görə də vətəndaşlar, xüsusilə, dənizə yaxın yerləşən ərazilərdə fərdi həyət evləri tikərkən mütləq ekoloqlardan, mütəxəssislərdən, coğrafiyaşünaslardan rəy almalıdırlar. Çünki Bakıda və ölkəmizin müxtəlif bölgələrində seysmik, sürüşməyə meyilli torpaq sahələri mövcuddur. Bu kimi ərazilərdə zamanla sürüşmələr səbəbindən evlərdə çatlar və dağıntılar əmələ gəlir".

E.Fərzəliyevin sözlərinə görə, sıx şəkildə tikilmiş, işıq düşməyən, işıqlandırması az olan mənzillərdə daha çox xəstəliklər yaranır:

"Bu, rütubətli mənzillərdə vərəm çöplərinin əmələ gəlməsinə səbəb olur. Təkcə Bakıda, Abşeronda deyil, Lənkəran, hətta Xaçmaz zonasında tikilən evlərdə də kəskin rütubət insan sağlamlığına ciddi zərər vurur. Digər tərəfdən, insan gözü daim uzaq və yaxın məsafəyə baxmalıdır. Daim evdə yaşayan sakinlərin yaşadıqları binaların qarşısında, yaxud fərdi həyət evlərinin tam yanında villa tipli mənzillər, yaxud çoxmənzilli bina tikilibsə, vətəndaşın həmişə yaxın məsafəni görməsi onda mütləq göz zəifləməsinə gətirib çıxarır. Yəni binalararası məsafənin yaxın olması da bu binalarda yaşayan insanların gözlərinin zəifləməsinə səbəb olur".

Son xəbərlər