Mojo.az Banner
22:54 Kennedinin qohumu Rusiyada qiyabi həbs olundu  |     22:46 Tümendən Bakıya uçan təyyarə Ufada məcburi eniş etdi  |     22:44 Bakıdan Yekaterinburqa uçmalı olan təyyarə xarab olub - 24 saatdan çox gecikmə qeydə alınıb  |     21:40 "Fənərbağça" Lukakunu transfer etdi  |     21:30 13:31 saatının mənası nədir?  |     21:07 Ələt-Astara yolunda AĞIR QƏZA: Xəsarət alanlar var  |     20:50 “Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş  |     20:44 İlin ikinci Günəş tutulması başa çatdı (YENİLƏNİB)  |     20:41 "İnter" ingilis futbolçunu transfer etdi  |     20:35 Hörmüz boğazı ilə bağlı GƏRGİNLİK: Trampdan SƏRT AÇIQLAMA  |     20:18 Bloqer Hüseyn Həsənov məhkəmə qərarından şikayət verdi  |     19:50 "Sabah" ABŞ-dən olan basketbolçu Frenki Fidlerin transferini açıqlayıb  |     19:47 Öldüyü açıqlanan futbolçu "morq"da DİRİLDİ  |     19:42 6 yeni “iPhone” modeli hazırlanır  |     19:19 Xocavənddə mina partladı: Xəsarət alanlar var  |     19:06 Ukrayna 26 kəndi geri qaytardı  |     19:01 Yasamalda oğurluq edənlər saxlanıldı  |     18:52 Mingəçevir su anbarında gənc batdı  |     18:42 Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib  |     18:29 "Dinamo"nun baş məşqçisi: "Qarabağ"la matç çox gərgin keçəcək"  |    
Left Banner
Right Banner

Makqreqorun İrlandiya prezidenti olmaq şansları qiymətləndirildi

24.03.2025 12:23 666
Makqreqorun İrlandiya prezidenti olmaq şansları qiymətləndirildi
Dublindəki Triniti Kollecinin siyasət elmləri professoru Qeyl Makelroy UFC-nin keçmiş ikiqat çempionu Konor Makqreqorun (yarımyüngül və yüngül çəki dərəcələrində) İrlandiya prezidenti olmaq şanslarını qiymətləndirib.

Oxu.az bu barədə championat.com-a istinadən xəbər verir.

Makelroy bildirib ki, Konorun aşması lazım olan iki maneə var.

"Birincisi, namizəd irəli sürülməlidir. İkincisi, səslərin əksəriyyətini toplamalıdır. Konor Makqreqor üçün bu maneələr demək olar ki, aşılmaz görünür. Daha layiqli namizədlər var ki, qraflıq şuralarının fikrincə, onların da seçkilərdə iştirak etmək imkanı olmalıdır. Lakin Konor Makqreqorla bağlı vəziyyət fərqlidir. İrlandiyada onu heç də birmənalı qarşılamırlar və dörd qraflıq şurasının onun namizədliyini dəstəkləməsi demək olar ki, mümkünsüzdür", - deyə politoloq bildirib.

Qeyd edək ki, İrlandiyada qaydalara görə, namizədlər həm müstəqil, həm də hər hansı bir partiya ilə əlaqəli olsalar, iki yolla irəli sürülə bilərlər. Onlar ya 20 parlament üzvünün - İrlandiya parlamentinin aşağı və yuxarı palatalarının nümayəndələrinin dəstəyini almalıdırlar, ya da İrlandiyanın 31 yerli hakimiyyət orqanından dördü, yəni qraflıq və ya şəhər şuraları tərəfindən irəli sürülməlidirlər.скачать dle 11.3
Mojo.az Banner