Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |    
Mojo.az Avto
Mojo.az Avto

AAYDA məhkəməni uduzdu: Qəzalı yola görə sürücüyə cərimə ödəyəcək - FOTO

24.03.2025 11:45 702
AAYDA məhkəməni uduzdu: Qəzalı yola görə sürücüyə cərimə ödəyəcək - FOTO
"Təxminən bir il əvvəl Xaçmaza gedərkən avtomobilimin təkəri M1 magistralının 119-cu km-də, Şabran rayonu ərazisində çuxura düşərək partladı. Gecə vaxtı, soyuq, çiskinli hava və işıqlandırılmayan, bərbad yol. Sürəti 90 km/saat olan bir avtomobilin qabaq təkərinin partlaması çox təhlükəli vəziyyətdir".

Bu barədə radioaparıcı və avtomobil bloqeri Elgün Xıdırov sosial şəbəkə hesabında məlumat verib.

O bildirilib ki, qəzadan sonra "102" qaynar xəttinə hadisə ilə bağlı məlumat verib:

"Maraqlıdır ki, növbətçi hissə və yol polisi də xəsarətin olmadığı və ikinci avtomobilin iştirak etmədiyi bir qəzanın qeydə alınması istəyimə təəccüblənsələr də, mən israrla qəza faktını qeydə aldırdım. Təkəri dəyişib yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə (YDM) getdim. Orda dedilər ki, məndən əvvəl 2 maşın da həmin yerə düşüb və təkərləri partlayıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) zəng vurub yolun vəziyyəti və təcili düzəlməli olduğunu dedim. Bu qurumun, xüsusən də magistral yollar idarəsinin məsuliyyətsizliyi üzündən hər gün çox sayda sürücüyə maddi ziyan dəyir. İnsanların həyatını itirdiyi bir çox qəzalarda isə biz ancaq bunu eşidirik - sürücü idarəetməni itirdi. Niyə, hansı səbəbdən itirdiyi isə hesab edirəm ki, lazımi səviyyədə araşdırılmır. Qəzalardan sonra bu yollar təhlükəsiz vəziyyətə gətirilmir. Misal olaraq deyim ki, illər əvvəl Hacı Zeynalabdin qəsəbəsindəki körpüdən aşmaqla 3 nəfərin həyatı bahasına başa gələn qəzadan sonra qırılan sədlər hələ də düzəldilməyib".

"Yol polisi mənim izahatımı aldıqdan və qəzanın sxemini tərtib etdikdən sonra rəhbərliyə raport hazırladı. Mən isə avtomobilimə dəymiş zərəri müəyyənləşdirmək üçün servisə getdim. Məlum oldu ki, təkərlə yanaşı stabilizator və təkər topunun diyircəkli yastığı sıradan çıxıb. Mənə dəymiş zərəri məktub yazaraq AAYDA-dan istəsəm də, uzun müddət heç bir reaksiya olmadı. Zəng vurduqda yenə eyni vəziyyət, vətəndaş müraciətlərinə laqeydlik və hətta kobud davranış, şikayətlərə isə reaksiya görmədim. Beləliklə, qərara aldım ki, bu məsuliyyətsizlik, laqeydlik və hörmətsizliyə qarşı durmaq artıq təkcə mənim yox, hər gün, hər ay, hər il minlərlə zərərgörən sürücülərin mövqeyi olaraq prinsipial məsələdir. Sənədləri hazırlayıb Binəqədi Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmələrin gedişatında agentliyin cavabdeh nümayəndəsi ekspertiza tələb edərək servisin müyyənləşdirdiyi məbləği bir qədər azaltsa da, bu ümumi məzmuna ciddi təsir göstərmədi və daha çox prosesi uzatmaq təəssüratı yaratdı.

Birinci instansiya məhkəməsinin mənim xeyrimə qəbul etdiyi qərarla razılaşmayan AAYDA-nın hansı üzlə apellyasiya şikayəti verməsi mənə hələ də maraqlıdır. Nəticə olaraq agentliyin şikayəti təmin edilmədi və Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldı.

Əziz AAYDA! Məhkəmə çəkişmələrinə sərf etdiyiniz enerji və vaxtınızı işinizə ayırsaydınız, insanlar yollarda bu qədər zərərə məruz qalmazdılar. Təəssüf ki, mənə ödəyəcəyiniz 933 manat məbləği həm də üzrxahlığınız hesab edə bilməyəcəyəm", - deyə Elgün Xıdırov qeyd edib.











Son xəbərlər