Mojo.az Banner
14:20 Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu  |     12:41 Keçmiş icra başçısına yeni vəzifə verildi - FOTO  |     12:36 Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi  |     12:21 Azərbaycan neftinin qiyməti 80 dollara düşüb  |     12:02 26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı  |     11:40 Soyuq hava axını bəzi xəstəlikləri kəskinləşdirə bilər: Sərinkeşdən istifadə qaydaları  |     11:32 Mərdəkanda dənizdə batan şəxslərin FOTOLARI  |     11:28 Bakıda bıçaqlanma: Şübhəli şəxs saxlanıldı  |     11:27 "Epşteyn işi"nin gizlinləri: Çatışmayan sənədlər və məxfi saxlanılan adlar  |     11:22 Azərbaycanda qumar oyunlarına görə cəzalar sərtləşdirilir  |     11:20 Azərbaycanda daşınmaz əmlakın dövlət kadastrı ilə bağlı MÜHÜM YENİLİK  |     22:59 Türkiyə gəmisinə hücum oldu, yaralılar var  |     22:56 Nazir şagirdlərin monitorinq imtahanında sual kitabçalarının yığılmasına aydınlıq gətirib  |     22:50 Gürcüstanda yaşayan azərbaycanlıların sayı açıqlandı  |     22:41 Messi mundiallarda vurulan qolların sayına görə mütləq rekordçu oldu - VİDEO  |     22:35 Sabah bu yerlərdə işıq kəsiləcək  |     22:29 Azərbaycandan Ermənistana gübrə göndəriləcək  |     22:22 Zaqatalada güclü külək fəsadlar yaratdı: Evlərin damı uçub  |     22:15 Bu şəhərlərdə qaz təchizatında fasilələr yaranacaq  |     22:09 Repititorluğu ləğv etmək mümkün deyil - Təhsil naziri  |    
Left Banner
Right Banner

"Google"un Rusiya telekanallarına borcu 91.5 kvintilyon rubl dəyərindədir

18.03.2025 14:35 1 386
"Google"un Rusiya bölməsinin yerli televiziya kanallarına borcu 91.5 kvintilyon rubldan çox olub.

Bu barədə "Google" şirkətinin müflisləşmə üzrə müvəkkili Valeri Talyarovski "RİA Novosti"yə müsahibəsində məlumat verib.

Kvintilyon - 18 sıfırı olan vahiddir. Söhbət şirkətin Rusiya televiziya yayımçılarına "YouTube"da kanallarının bloklanmasına görə ödəməli olduğu cəzadan gedir.

"Ümumilikdə bu reyestrdə 16 kreditorun ümumi məbləği 91 kvintilyon 511 kvadrilyon 687 trilyon 138 milyard 260 milyon 100 min rubl olan 18 tələbindən gedir", - deyə Talyarovski bildirib.

Onun sözlərinə görə, "Google" şirkətinin artmaqda davam edən öhdəliklərindən fərqli olaraq, Rusiya bölməsinin borcu onun müflis elan edildiyi vaxtdan müəyyən edilib.

Menecerin izah etdiyi kimi, cari kreditorlar əsasən astrent öhdəliyinin subsidiar məsuliyyətdən tələbə konvertasiya olmasına arxalana bilərlər.

Astrent məhkəmə qərarının yerinə yetirilmədiyi hər gün üçün tutulan məhkəmə cəzasıdır. Eyni zamanda, borc həndəsi proqressiya ilə yüksəlir, yəni məbləğ hər gün artır.

Lakin bu halda belə, onlar yalnız müflis elan olunduğu yurisdiksiyada "Google"un aktivlərinə iddia edə bilərlər.

"Və Rusiya məhkəmə aktları əsasında müəyyən edilmiş iddiaların məbləği, ilk növbədə, toplanmış vəsaitin müəyyən həcminə münasibətdə müvafiq kanalın payının nisbətini müəyyən edilməsi üçün vacib olacaq", - deyə o əlavə edib.

Fevralın 17-də Moskva Arbitraj Məhkəməsində "Google"un iflas işi ilə bağlı keçirilən iclasda bildirilib ki, ABŞ-nin "Google"a olan borcu 2.8 duodesillion rubla çatıb. Duodesillion 39 sıfırı olan vahiddir.

Eyni zamanda, məhkəmə qeyd edib ki, Rusiya "Google"una qarşı cərimələrin hesablanması onun müflis elan edildiyi gün dayandırılıb.скачать dle 11.3
Mojo.az Banner