Mojo.az Banner
12:00 Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər - VİDEO  |     11:59 Akademik Pərviz Məmmədov vəfat edib  |     11:51 Ermənistanın dövlət borcu 14 milyard dolları ötüb  |     11:29 Azərbaycanın tanınmış rejissoru vəfat etdi  |     11:25 "Qarğıdalı" əkdi, çətənə çıxdı  |     11:24 İranda benzin iki dəfə bahalaşdı  |     11:16 Hacıqabulda AĞIR QƏZA: Ölənlər və yaralananlar var  |     23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |    
Left Banner
Right Banner

Almaniya suriyalılara yardım üçün 300 milyon avro ayıracaq

17.03.2025 21:20 960
Almaniya suriyalılara yardım üçün 300 milyon avro ayıracaq
Almaniya suriyalılara yardım üçün BMT vasitəsilə əlavə 300 milyon avro ayırmağı vəd edir.

Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok bu gün Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının iclasından əvvəl bildirib.

Onun sözlərinə görə, bu vəsaitin yarısından çoxu ölkədəki keçid hökumətinin iştirakı olmadan həyata keçiriləcək layihələrə yönəldiləcək.

Nazir qeyd edib ki, vəsait ərzaq, tibbi xidmətlər və sığınacaqla təminat, həmçinin əhalinin xüsusilə həssas təbəqələri üçün müdafiə tədbirlərinə sərf olunacaq.

A.Berbok əlavə edib ki, İordaniya, Livan, İraq və Türkiyədəki suriyalı qaçqınlar və onları qəbul edən icmalara da dəstək göstəriləcək.

Almaniya XİN rəhbəri Suriyanın dinc gələcəyini təmin etmək üçün inklüziv siyasi prosesin vacibliyini bir daha vurğulayıb.

"Avropalılar olaraq biz Suriya xalqının dəstəklənməsi, eləcə də azad və dinc Suriya üçün vahid cəbhədən çıxış edirik", - o bildirib.скачать dle 11.3
Mojo.az Banner