Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:07 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü | 15:06 Rauf Arifoğludan Əli Kərimli ilə bağlı sensasion açıqlama: "Səsyazısı əlimdədir" | 14:51 Sumqayıtda 9 yaşlı qız dəm qazından boğuldu | 14:43 Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb | 14:39 Xalq rəssamının ailəsində faciə: Oğlu mənzilində ölü tapıldı | 14:38 Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto | 14:32 Braziliyada dağıdıcı qasırğa: 3 nəfər ölüb, minlərlə ev zərər görüb - Video | 14:26 Gəncədə evdə yanğın: İki nəfər zəhərləndi | 14:21 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi | 14:19 Saatlıda avtomobil yanıb kül oldu - Anbaan video | 14:08 Masallıda ustanı işlədiyi evdə elektrik cərəyanı vurdu: Yolda öldü | 14:06 Xaçmazda 15 yaşlı məktəbli qızın meyiti tapıldı | 14:03 Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib | 13:54 Şəmkirdə iki azyaşlı uşaq anasının abort zamanı ölməsinin təfərrüatı | 13:46 Sabah hava necə olacaq? - 22.11.2026 | 13:40 Depressiyanın müalicəsində müsbət nəticə: İdman yaddaş və diqqətə kömək edə bilər | 13:37 Putinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı | 13:30 Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifasını paylaşdı - Video | 13:22 Bakı-Şamaxı-Yevlax yolunda təhlükəli vəziyyət: Qəza riski yaranıb | 13:19 Uşağına aliment ödəməyən qadın cəzalandırıldı |
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmədə hakimə itini tərifləyən şəxsin şikayəti təmin olunmadı

15.03.2025 22:36 1 275
Məhkəmədə hakimə itini tərifləyən şəxsin şikayəti təmin olunmadı
Bakıda küçədə itini ağızlıqsız gəzdirdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 290.1.4.-cü maddəsi ilə 200 məbləğində cərimə edilən şəxs məhkəməyə şikayət verib.

Qaynarinfo-nun məlumatına görə, Z.B. adlı şəxs Nərimanov rayonunda iti ilə gəzərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Buna səbəb onun cilovlu itini ağızlıqsız gəzdirməsi olub.

Z.B. cərimənin haqsız olduğunu düşünərək, Nərimanov Rayon Məhkəməsinə şikayət verib. Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən məhkəmədə həmin şəxs cərimələnməsinə səbəb olan Labrador cinsindən itini tərifləməyə başlayıb. O, əvvəlcə boyu yarım metrdən çox olan itinə ağızlıq taxmağın tələb olunmadığını, bu cinsdən olan itlərin dünyanın ən təhlükəsiz və aqressiyası olmayan it cinsinə aid ediliyini deyib. Onun sözlərinə görə, Labrador cinsli itlər təbiətlə ünsiyyətdən zövq almaq istəyən, ağıllı və itaətkar, şəvqətli, əsl dost, həddindən artıq ürəyi yumşaq, aqressiyası və ya kobudluğu olmayan cinsdir, təbiətcə xeyirxahdır:

"Labrador özünəməxsus keyfiyyətlərinə görə yoldaş, bələdçi, xilaskar kimi istifadə edilə bilən, partlayıcı maddələr və narkotik maddələr axtaran bir ov itidir. İngiltərə itlər cinsinə aid olan bu it ingiltərəlilər tərəfindən ova gedərkən yoldaş olması məqsədi ilə saxlanılan bir cinsdir, əsla insanlarla işi olmayan, yalnızca ov edərkən quşlara reaksiya verən, özünə şikar kimi yalnız çöl quşlarını görən bir it cinsi kimi tanınır".

Sonda Z.B. Labradorun yalnız iş keyfiyyətləri sayəsində deyil, həm də şəhər şəraitində rahat saxlama, mükəmməl qeyri-aqressiv xarakter və digər ev heyvanları ilə yaxşı ünsiyyət qurma bacarığı sayəsində bu cins itlərə ağızlıq taxmağa ehtiyac olmadığını bildirib və şikayət ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edib.

Hakim isə itlərin cilovsuz, iri itlərin isə həmçinin ağızlıqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə 200 manat məbləğində cərimə edildiyini xatırladıb və şikayətini təmin etməyib.

Son xəbərlər