Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

"Apple" qulaqlıqlarında real vaxt rejimində tərcümə funksiyası olacaq

15.03.2025 21:49 735
"Apple" "AirPods" qulaqlıqlarına real vaxt rejimində xarici dili tərcümə etmə funksiyasını əlavə etməyi planlaşdırır.

Bu barədə Bloomberg analitiki və nüfuzlu insayder Mark Qurman məlumat yayıb.

Yeni funksiya belə işləyəcək: məsələn, bir şəxs ispan dilində danışdıqda, "AirPods" avtomatik olaraq onun dediklərini ingilis dilinə çevirəcək. Daha sonra ingilisdilli istifadəçi cavab verdikdə, onun iPhone-u ispan dilində tərcüməni dinamiklər vasitəsilə səsləndirəcək.

Hansı dillərin dəstəklənəcəyi və bu funksiyanın "AirPods Pro 2"dən başqa hansı modellərə şamil ediləcəyi hələ məlum deyil. Yeniliyin bu ilin payızında təqdim ediləcək iOS 19 ilə birlikdə çıxacağı gözlənilir.

"Apple"ın rəqibləri artıq bir neçə ildir oxşar sinxron tərcümə texnologiyalarını təqdim ediblər. Məsələn, Google 2017-ci ildə birinci nəsil Pixel Buds ilə belə bir funksiyanı təqdim edib və 2022-ci ildə Pixel Buds Pro modelində onu təkmilləşdirib. Meta və Humane şirkətləri də öz taxıla bilən cihazlarına bu funksiyanı inteqrasiya etməyə çalışıblar, lakin onların texnologiyası hələ də stabil işləmir, The Verge qeyd edir.

"Apple" yeni nəsil "AirPods" Pro üzərində də işləyir, lakin Bloomberg-ə görə, bu model 2025-ci ildə satışa çıxmayacaq. Şirkət, həmçinin süni intellekt texnologiyalarından istifadə edərək ətraf mühiti analiz edə bilən daxili kameralı "AirPods" qulaqlıqları üzərində də işləyir.

Qeyd edək ki, "AirPods Pro 2" 2022-ci ildə təqdim olunub və yalnız bir dəfə yenilənib – Lightning konnektorundan USB-C-yə keçid edilib. Adi "AirPods" isə bu yaxınlarda yenilənib və ilk dəfə olaraq bazaya iki versiya əlavə edilib – səsboğucu texnologiyalı və səsboğucu texnologiyasız.

"Apple" 2025-ci ilin əvvəlində artıq bir neçə yeni məhsul təqdim edib: iPhone 16e, M4 çipli MacBook Air və eyni anda bir neçə yeni iPad modeli. İkinci dalğa elanların iyun ayında və ya daha əvvəl baş tutacağı gözlənilir.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner