Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada inzibati binada baş verən yanğında 5 nəfər ölüb

13.03.2025 19:04 1 110
Rusiyada inzibati binada baş verən yanğında 5 nəfər ölüb
Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində inzibati binada baş verən yanğın nəticəsində 5 nəfər ölüb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yanğınsöndürənlər 3-ü yaralı olmaqla 10 nəfəri xilas ediblər.

“Təəssüf ki, 5 nəfər həlak olub. Ərazidə 40 işçi, 11 texnika çalışıb və yanğın söndürülüb”.

Yanğının hansı səbəbdən baş verməsi məqsədilə araşdırma aparılır.

Son xəbərlər