Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev Roma Papasına təbrik məktubu göndərdi

13.03.2025 14:02 921
İlham Əliyev Roma Papasına təbrik məktubu göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"Tacqoyma Gününüz münasibətilə sizə və sizin simanızda bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin bugünkü səviyyəsi məmnunluq doğurur. Mədəniyyətlər və dinlər arasında ahəngdar münasibətlərin təşviqinə, humanizm ideallarının təntənəsinə yönəlmiş əməkdaşlığımız gündən-günə yeni məzmunla zənginləşir və daha da möhkəmlənir.

Müqəddəs Taxt-Tac ilə əməkdaşlığımızın inkişafına, səmimi dialoqumuzun genişlənməsinə sizin verdiyiniz şəxsi töhfəni yüksək qiymətləndirirəm. Nümunəvi dözümlülük mühitinin və multikulturalizm ənənələrinin hökm sürdüyü Azərbaycanın dünyada insanlar arasında qarşılıqlı anlaşmanın təşviqində oynadığı rolunu daim təqdir etməyinizə görə sizə minnətdaram.

Əminəm ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr bundan sonra da sivilizasiyalararası və dinlərarası dialoqun genişlənməsinə, multikulturalizm dəyərlərinin qorunub saxlanmasına və möhkəmlənməsinə, dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edəcək.

Bu xoş gündə sizə möhkəm cansağlığı, uzun ömür, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm".

Son xəbərlər