Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Lavrov: "Rusiya NATO hərbçilərinin Ukraynada olmasını qəbul etməyəcək"

12.03.2025 14:19 963
Lavrov:
"Rusiya heç bir şərt altında NATO hərbçilərinin Ukraynada sülhməramlı kimi yerləşdirilməsini qəbul etməyəcək".

Median.Az
-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı bloqerlər Mario Naufal, Larri Conson və Endryu Napolitano ilə müsahibəsində bildirib.

Lavrova "Rusiya hansı şərtlərlə NATO ölkələrinin hərbçilərinin Ukraynada sülhməramlı kimi yerləşdirilməsini qəbul edə bilər" sualı verildikdə, o, birmənalı şəkildə bu təşəbbüsün istənilən variantını rədd edib.

"Heç bir şərt altında. Heç kim bizimlə danışmır. Onlar "Ukrayna haqqında Ukraynasız heç nə edilməməlidir" deyə təkid edirlər, lakin Rusiyaya qarşı, Rusiyasız hər şey edirlər. ABŞ Prezidenti Donald Trampdan sülhməramlılar barədə soruşduqda, o, cavabında hələ bu mövzunu müzakirə etmək üçün çox tez olduğunu, lakin adətən bunun üçün bütün tərəflərin razılığı tələb olunduğunu bildirdi. Biz niyə sülhməramlı qüvvələrə və ya hansısa sülhməramlı qruplara razılıq verməliyik? Onlar bu qüvvəni bizi düşmən elan etmiş ölkələrdən formalaşdırmaq istəyirlər. Onlar oraya sülhməramlı kimi gələcəklər?" - deyə Lavrov vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner