Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

İnsan beyninin hüceyrələri ilə işləyən kompüter yaradıldı

07.03.2025 12:20 711
İnsan beyninin hüceyrələri ilə işləyən kompüter yaradıldı
Avstraliyanın Melburn şəhərində yerləşən "Cortical Labs" şirkəti laboratoriyada yetişdirilən insan beyninin neyronları ilə işləyən ilk bioloji kompüterini - CL1-i təqdim edib.

Median.Az
-ın "ABC"yə istinadla verdiyi məlumata görə, bu barədə "Cortical Labs"in elmi rəhbəri Brett Kaqan açıqlama verib.

Onun sözlərinə görə, yüzminlərlə süni şəkildə yetişdirilən neyron qarşılıqlı əlaqə qurma və öyrənmə qabiliyyətinə malikdir. Kaqan "İnsan neyronlarına verilə biləcək tapşırıqları təsəvvür etmək belə çətindir, çünki çox fərqli variantlar mövcuddur. Bu, xəstəliklərin modelləşdirilməsi, dərmanların sınaqdan keçirilməsi və süni intellektin yaradılması kimi bir çox sahəni əhatə edə bilər" , - deyə əlavə edib.

Şirkət qeyd edir ki, "Cortical Labs" tərəfindən yaradılan bioloji kompüter mövcud süni intellekt sistemlərindən daha dinamik və davamlıdır.

"Lakin onun potensialını tam olaraq istifadəçilər tətbiq etməyə başladıqdan sonra görmək mümkün olacaq. Bu, elmi və tibbi araşdırmalar sahəsində oyunun qaydalarını dəyişdirəcək" , - deyə şirkət vurğulayıb.

Tərtibatçılar bildiriblər ki, CL1 neyron şəbəkələri silisium çipində formalaşır və əslində daim inkişaf edən bir orqanizm kimi fəaliyyət göstərir. Kaqan "Bu qədər sürətlə və çevik şəkildə öyrənə bilən bir sistem yoxdur. Məsələn, "ChatGPT" kimi süni intellekt sistemlərinin çiplərindən tamamilə üstün olduğunu iddia edə bilərik" , - deyə açıqlayıb.

Bioloji kompüter nəzarət olunan temperatur, qazların dövriyyəsi və qarışdırılması üçün nasoslar, materialın saxlanması üçün xüsusi yer və dalğaların filtrasiya edilməsi üçün sadə, lakin sabit avadanlıqla təchiz olunub.

Hazırda "Cortical Labs" bioloji neyron şəbəkələrindən ibarət ilk serveri hazırlayır. Bu server 30 ayrı CL1 modulundan ibarət olacaq. Şirkət serverin yaxın aylarda istifadəyə verilməsini və daha sonra yeni hissələrlə tamamlamağı planlaşdırır. CL1 şəxsi biokompüterlərinin 2025-ci ilin ikinci yarısında satışa çıxarılması gözlənilir. İlk mərhələdə bir blokun qiyməti 35 min dollar olacaq.скачать dle 11.3
Mojo.az Banner