Mojo.az Banner
21:55 İnzibati cərimələr bu halda 20 gün ərzində geri qaytarılacaq  |     21:47 Tiktoker “Şiva” həbs edildi  |     21:36 Polis həmin “həkim”i saxladı  |     21:32 İctimai Televiziya Azərbaycanın "Avroviziya"dakı təmsilçisi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib  |     21:29 Daha bir ölkə İrandakı səfirliyini bağladı  |     21:23 Azər Qasımlı 12 il azadlıqdan məhrum edildi  |     21:18 Naxçıvanda dəmir yolu xətti yenidən qurulur - Video  |     21:12 Pensiyalar tam ödənildi  |     21:07 "Neftçi" 23 min manat cərimələndi  |     20:59 Azərbaycanda 198 uşaq vərəmə yoluxub  |     20:53 Estoniya Parlamenti Naxçıvana dron hücumunu qınayan bəyanat yaydı  |     20:48 Qurban Qurbanovun köməkçiləri cəzalandırıldı  |     20:40 Perinatal Mərkəzindəki yanğınla bağlı məhkəmə işi  |     20:40 60 manata əl enerjisi ilə “müalicə” edir - Özbək “həkim” üçün izdiham (Video)  |     20:35 İranın yeni lideri də yaralanıb? - Yusif Pezeşkiandan açıqlama  |     20:28 Azərbaycanda unun son topdansatış qiymətləri  |     20:22 Sabaha olan hava proqnozu  |     20:15 Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizəd imtahan verəcək  |     20:09 “8 Noyabr”dakı dəmiryolu sökülür - Mikrotunel tikiləcək (Video)  |     20:01 İstanbul metrosunda qorxulu anlar - Video  |    
Left Banner
Right Banner

"Bu yolda avtobuslar dönə bilər, digər nəqliyyat vasitələri yox"- DYP-dən AÇIQLAMA

06.03.2025 20:00 759
Xəbər verdiyimiz kimi, Yasamal rayonu Əsəd Əhmədov və Abbas Mirzə Şərifzadə küçələrinin kəsişməsində İnşaatçılar m/s-dan üzü 20 Yanvar m/s-a gedən yolda sadəcə düzünə və sağa dönməyə icazə verən yol nişanı quraşdırılıb.

Lakin bəzi avtobuslar birbaşa sola Ə.Əhmədov küçəsinə (Yeni Yasamala) dönürlər, bunu görən minik avtomobili sürücüləri də dönməyə icazə olduğunu düşünür və hərəkəti təkrarlayır. Belə olan halda, həm qayda pozulur, həm də qəza şəraiti yaranır.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, o yolda avtobusların dönməsinə icazə var. T.Nəsirli qeyd edib ki, “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanunun 65-ci maddəsinin III hissəsinin tələbinə əsasən, 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir:

“Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. Lakin 4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərişin ve baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir”.(sfera.az)скачать dle 11.3
Mojo.az Banner