Mojo.az Banner
21:33 Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə nə deyib?  |     21:16 Xanım deputata ağır itki  |     21:09 Əməkdar artist toylara getməməsindən danışdı  |     21:03 İpoteka kreditlərinin azalması mənzil satışlarına necə təsir göstərib? - VİDEO  |     20:55 İtkin düşən 9 nəfər tapıldı  |     20:50 İran Hörmüz boğazında Qərbin hərbi fəaliyyətinə qarşıdır  |     20:42 Malidə bir neçə hərbi mövqeyə silsilə hücumlar edildi  |     20:37 Ərdoğan Pakistanın Baş naziri ilə görüşdü  |     20:29 Ermənistanda Konstitusiya Məhkəməsi seçkilərlə bağlı iddiaları rədd etdi  |     20:24 Ağdamda su anbarında uşaqları ilə birlikdə batan şəxs şəhid övladı olub  |     20:16 Gürcüstanda Fatimə Kərimovanı qətlə yetirən şəxs Türkiyədə saxlanıldı  |     20:11 Qazaxda avtomobil piyadanı vurub  |     20:05 Lənkəranda açıq sahədə güclü yanğın başlayıb  |     19:57 Azərbaycan turizmində yeni çağırışlar: Turist axını və xərclər niyə azalır?  |     19:49 Telefon fırıldaqçılarının əsas "silahı" açıqlandı: Bu üsul niyə həmişə işləyir?  |     19:43 Bank kreditləri ilə bağlı yeni sistem: Kimlər daha sərfəli kredit ala biləcək?  |     19:35 Bu planet milyardlarla il əvvəl "ölməli" idi: Necə "sağ qalıb"?  |     19:30 Villaların kirayəsində rekord artım: Qiymətlər 30 min manata çatdı  |     19:21 Bakıda avtomobil kanalizasiya kollektoruna düşdü  |     19:16 Kalsium və D vitamini sınıqlardan qorumur: Bəs nə kömək edir?  |    
Left Banner
Right Banner

Sabah hava yağmursuz keçəcək

05.03.2025 20:49 690
Sabah hava yağmursuz keçəcək
Bakıda və Abşeron yarımadasında martın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.скачать dle 11.3
Mojo.az Banner