Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

"Transparency International"ın Azərbaycan bölməsi fəaliyyətini dayandırır

05.03.2025 16:09 1 131
"Transparency International" təşkilatının Azərbaycan bölməsi qismində çıxış edən "Şəffaflıq Azərbaycan" Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi fəaliyyətini dayandırır.

Median.Az APA-ya istinadən xəbər verir ki, təşkilatın təsisçiləri onun ləğv edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etməyə hazırlaşırlar.

"Şəffaflıq Azərbaycan" nədir?


"Şəffaflıq Azərbaycan" təşkilatı 2000-ci ilin oktyabr ayında təsis olunub. Tam səlahiyyətli yerli bölmə kimi 2001-ci ilin oktyabrında "Transparency International" təşkilatı tərəfindən akkreditasiya olunub, 2006-cı ilin avqust ayında isə yenidən akkreditasiyadan keçib. Təşkilat öz missiyasını "Azərbaycanda korrupsiyanın səbəblərini, formalarını və bu təhlükəli ictimai fenomenin azaldılması yollarını araşdırmaq" kimi təqdim edib.

Təşkilatın təsisçilərindən biri Rəna Səfərəliyevadır. Rəna Səfərəliyeva 2019-cu ilə qədər həm də təşkilatın icraçı direktoru olub. O, hazırda təşkilatın İdarə Heyətinin üzvüdür. Maraqlıdır ki, Rəna Səfərəliyevanın adı həm də "Şəffaflıq Azərbaycan" təşkilatının İdarə Heyəti yanında Təsisçilər Şurasının üzvü və müstəqil ekspert kimi qeyd olunub.

"Transparency İnternational"ın Azərbaycana qarşı qərəzi

"Şəffaflıq Azərbaycan" təşkilatının akreditasiyası olan "Transparency International" təşkilatı mütəmadi olaraq yaydığı hesabatlarda Azərbaycanla bağlı qərəzli, hərtərəfli araşdırılmayan və hökumətin mövqeyinin əksini tapmadığı mövqe nümayiş etdirilib. Azərbaycan hökumətinin dəfələrlə belə hesabatların qərəzli olması ilə bağlı verdiyi açıqlamalar da bu təşkilatın ölkəmizlə bağlı fəaliyyətində dönüş yaratmayıb.

"Transparency International" sonuncu hesabatında da Azərbaycana qarşı qərəzli məlumatlara yer verib. Maraqlıdır ki, hesabatda yalnız ümumi ifadələrdən istifadə olunub, heç bir iddia faktla əsaslandırılmayıb.

Rəna Səfərəliyeva kimdir?

Rəna Səfərəliyevanın adı son günlər Dövlət Turizm Agentliyi ilə bağlı qalmaqalda çəkilir.

O, dünən Prezident İlham Əliyevin sərəncamı ilə şiddətli töhmət verilmiş Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin qayınanasıdır.

Dünən yayılan məlumatlara görə, töhmətə səbəb Fuad Nağıyevin rəhbərlik etdiyi agentliyin xidməti yazışmaları sızdırmasıdır:

"Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən "Transpatency International" təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslərin yuvasına çevrilib. Onu qeyd etmək yerinə düşər ki, Fuad Nağıyevin qayınanası Rəna Səfərəliyeva uzun illər "Transpatency International" təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun yetişdirdiyi bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər. Onların bu agentlikdə söz sahibinə çevrilməsi barədə deyilənlərə heç də təəccüb etmək lazım deyil".

Məlumata görə, Fuad Nağıyevin ətrafı davamlı olaraq xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər.скачать dle 11.3

Son xəbərlər