Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

"Arsenal" Çempionlar Liqası tarixində ilkə imza atıb

05.03.2025 15:30 708
İngiltərənin "Arsenal" klubu UEFA Çempionlar Liqasında (ÇL) tarixi rekorda imza atıb.

Median.Az
"Opta Sport"a istinadən xəbər verir ki, London təmsilçisi bunu 1/8 final mərhələsinin ilk oyununda Niderlandda PSV-ni 7:1 hesabı ilə məğlub etməklə gerçəkləşdirib.

"Topçular" turnir tarixində pley-off matçında səfərdə yeddi qol vuran ilk komanda olub.

İstisna olaraq, 2020-ci ildə ÇL-də baş tutan "Barselona" - "Bavariya" oyunudur. Həmin vaxt Almaniya nəhəngi İspaniya təmsilçisini 8:2 hesabı ilə məğlub etsə də, bu görüş koronavirus pandemiyası səbəbindən neytral meydanda - Portuqaliyanın paytaxtı Lissabonda reallaşıb.

Qeyd edək ki, "Arsenal" və PSV arasında cavab görüşü martın 12-də baş tutacaq

Son xəbərlər