Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

İsrail ordusu "Hizbullah" komandirini məhv etdi

05.03.2025 12:21 1 089
İsrail ordusu
Livanın cənubunda İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının hücumu nəticəsində "Hizbullah"ın səhra komandirlərindən biri məhv edilib.

Bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Bildirilir ki, öldürülən şəxs Xodr Haşem "Radvan" xüsusi təyinatlı dəstəsinin komandiri olub.

Məlumata əsasən, hərəkat komandirinin idarə etdiyi avtomobilə zərbə endirilib. O, Tir şəhəri yaxınlığındakı Raşkanani qəsəbəsində (Beyrutdan 80 km aralıda) aşkar edilib.

Son xəbərlər