Mojo.az Banner
16:09 Ötən gün 25 nəfər saxlanılıb  |     16:05 Meşələrdən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ AÇIQLAMA (Video)  |     15:58 Qaradağda dörd mindən çox qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb  |     15:50 10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır  |     15:49 Sabahdan Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:48 "Qarabağ"ın yeni transfer hədəfi BİLİNDİ  |     15:41 Polad Bülbüloğlu üçüncü dəfə evlənməsi xəbərini təkzib etdi (Yenilənib)  |     15:38 Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub  |     15:06 Ağcabədi şəhərinin bəzi ərazilərində qaz olmayacaq  |     14:46 Bakıda 19 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb  |     14:45 Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək - RƏSMİ  |     14:43 Bakıda tikilidə YANĞIN: 36 yaşlı kişinin meyiti TAPILDI - VİDEO  |     14:41 Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı  |     14:40 Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi - SƏBƏB  |     13:31 Venesuelanın əsas hava limanı zəlzələdən sonra fəaliyyətini bərpa edir  |     13:09 Birləşmiş Ştatlardan viza müraciətləri ilə bağlı YENİ QƏRAR  |     13:01 Robert Koçaryanın oğlu həbs edildi  |     12:45 Universitetdəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı  |     12:44 Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub - FOTO  |     12:30 610 bal topladı, amma tələbə ola bilmədi - FOTO  |    
Left Banner
Right Banner

Bakı məktəbləri üçün psixoloqların işə qəbulu müsabiqəsinin test imtahanının vaxtı açıqlanıb

04.03.2025 20:03 861
Bakı məktəbləri üçün psixoloqların işə qəbulu müsabiqəsinin test imtahanının vaxtı açıqlanıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi martın 5-də keçiriləcək.

Paytaxtdakı 263 və 158 nömrəli tam orta məktəblərdə təşkil olunacaq test imtahanında 690 nəfərin iştirakı nəzərdə tutulub.

Namizədlərə imtahanın keçiriləcəyi məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.

İmtahanda namizədlərə 40 (ixtisas üzrə hər biri 3 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 2 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 2 bal olmaqla 10 sual) test tapşırığınının cavablandırılması üçün 90 dəqiqə vaxt veriləcək.

Test imtahanının nəticələri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək.

Keçid bal həddi (ixtisas üzrə minimum 42 bal, İKT üzrə minimum 10 bal, məntiq üzrə minimum 10 bal) 62 bal olaraq müəyyən edilib. 62 və daha yüksək bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsinə dəvət ediləcək.скачать dle 11.3
Mojo.az Banner