Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Dəridə göyərmələrə səbəb olan xəstəliklər sadalandı

04.03.2025 13:54 1 338
Dəridə göyərmələrə səbəb olan xəstəliklər sadalandı
İnsan dərisi elə qurulub ki, müxtəlif vəziyyətlərdə, hətta əhəmiyyətsiz bir toxunuşdan belə dəridə qançırlar (göyərmələr) yarana bilər.

Bu barədə rusiyalı endokrinoloq Anastasiya Vastistova "Gazeta.ru" nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, müəyyən dərmanların qəbulu, xroniki xəstəliklər və ya yaşla bağlı dəyişikliklər, birləşdirici toxuma xəstəlikləri və ya vitamin çatışmazlığı hematomanın yaranmasına səbəb ola bilər.

"Əgər dərmanlardan danışırıqsa, burada söhbət dərmanların yaratdığı trombositopeniyadan gedir. Trombositopeniya - qan laxtalanması sistemində və damarların daxili selikli qişasının (endoteliya) regenerasiyasında (bərpasında) iştirak edən, onların möhkəmliyini təmin edən trombositlərin sayının azalmasıdır", - deyə həkim bildirib.

Bundan əlavə, onun sözlərinə görə, hamiləlik də trombositopeniyaya səbəb ola bilər. Bu xəstəlik hamilə qadınlar arasında qan azlığından sonra ikinci yerdədir. Xoşbəxtlikdən, tibbi müdaxilə tələb etmir və öz-özünə keçir.

Qançırlar həmçinin qaraciyər funksiyasının pozulması, ürək və ya böyrək çatışmazlığı, revmatoloji xəstəliklər və ya viral infeksiyalar kimi xroniki xəstəliklər nəticəsində də ortaya çıxa bilər.

Bundan əlavə, mütəxəssisin fikrincə, qançırlar və ya senil purpur çox vaxt yaşla bağlı dəyişikliklər nəticəsində yaranır, çünki yağ və əzələ toxumasının təbəqələri yox olur, eyni zamanda dərinin və damar kollageninin möhkəmliyi azalır.

Anastasiya Vastistova qeyd edib ki, bütün yuxarıda sadalananlarla yanaşı, qançırlar Elers-Danlos və ya Marfan sindromu kimi birləşdirici toxuma xəstəlikləri nəticəsində də yarana bilər.

"Bura, həmçinin vitaminlərin, daha dəqiq desək, DNT sintezində iştirak edən, başqa sözlə, bütün orqanizmdə hüceyrələrin normal fəaliyyətinin vaxtında yenilənməsinə və saxlanmasına kömək edən B12 vitaminləri və fol turşusunun çatışmazlığını da daxil etmək olar", - deyə mütəxəssis bildirib.

O həmçinin əlavə edib ki, spirtli içkilər də vəziyyətin ağırlaşmasına gətirib çıxara bilər, çünki alkoqolun qəbulu vitamin çatışmazlığı yaradır.

Həkim qanda problemləri də qeyd edib, hansı ki, eyni zamanda göyərmələrə səbəb ola bilər. Belə xəstəliklər nadir olsa da, yenə də rast gəlinir və diqqət tələb edir.

Onun sözlərinə görə, bunlara hemofiliya, trombohemorragik sindrom, mieloproliferativ xəstəliklər və hematosarkoma daxildir.

"Xəstəliyin irsi səbəbdən yarandığı ilə bağlı şübhə etmək olar ki, ailədə anemnezi olsun", - deyə Anastasiya Vastistova vurğulayıb.
//oxu.az

Son xəbərlər