Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bağırsaq xərçənginin gözlənilməz simptomları açıqlanıb

01.03.2025 14:39 891
Bağırsaq xərçənginin gözlənilməz simptomları açıqlanıb
Kolorektal xərçəng ən geniş yayılan və təhlükəli onkoloji xəstəliklərdən biridir. Müasir müalicə üsullarının inkişafına baxmayaraq, xəstəlik gec aşkar edildikdə 5 illik sağ qalma ehtimalı 40%-dən aşağı olur.

Median.Az
-ın gazeta.ru-ya istinadən verdiyi məlumata görə, rusiyalı onkoloq, tibb elmləri namizədi Dmitri Belkov bu xəstəliyin hansı gözlənilməz simptomlarla özünü göstərə biləcəyini izah edib.

Onun sözlərinə görə, yaş artdıqca kolorektal xərçəngin yaranma riski artır.

"Üstəlik, kişilər bu xəstəliyə qadınlardan daha çox meyillidirlər. Genetik faktorlar şişin yaranma riskini 3-5 dəfə artırır. Bundan başqa, xəstəliyin təxminən 50%-i həyat tərzi və kanserogen maddələrlə uzunmüddətli təmasla əlaqəlidir. Bağırsaq xərçəngi çox vaxt poliplərdən inkişaf edir, lakin onların hamısı bədxassəli şişə çevrilmir", - deyə o bildirib.

Həkimin sözlərinə görə, bu xəstəlik yavaş inkişaf etdiyi üçün uzun müddət simptomlar üzə çıxnaya bilər. "Xəstəliyin ilkin əlamətləri illər sonra ortaya çıxır və onların intensivliyi şişin yerləşdiyi nahiyədən asılıdır. Bağırsağın sağ tərəfində yerləşən şişlər aşağıdakı simptomlarla müşayiət oluna bilər: xroniki yorğunluq və halsızlıq, anemiya (qan azlığı), çəki itkisi, periodik qızdırma (bədən temperaturunun artması). Bağırsağın sol tərəfində yerləşən şişlər isə fərqli əlamətlərlə özünü göstərir: qəbizlik və ya ishal, qarnın ağrısı və köp (meteorizm), bağırsaq keçilməzliyi, nəcisdə qan və irin qarışıqları, defekasiya zamanı kəskin ağrılar", - deyə həkim izah edib.

Onkoloq Belkov bağırsaq xərçəngindən qorunmağın ən effektiv yolunun müntəzəm kolonoskopiya olduğunu vurğulayıb.

"Kolonoskopiya zamanı polipləri dərhal çıxarmaq mümkündür. Bu, gələcəkdə xərçəngin inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər", - deyə o bildirib.скачать dle 11.3

Son xəbərlər