Mojo.az Banner
23:29 Mənzil alarkən bu detalı bilməsəniz, ziyana düşəcəksiniz – Əmlak ekspertindən RƏY  |     23:04 Üzərinə spirt tökülərək yandırılan şagirdin son vəziyyəti: Həkim danışdı (Video)  |     22:58 Pezeşkian və Qalibaf Trampın iddialarına cavab verdilər  |     22:33 Bugünkü əməliyyatda saxlanılanların barədə qərar verildi  |     22:32 Hikmət Hacıyev slovakiyalı səfirlə iki ölkə arasındakı əməkdaşlığı müzakirə edib  |     22:31 Avropa çempionatı: Azərbaycan güləşçisi Günay Qurbanova bürünc medal qazandı  |     22:19 Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinə başçılıq edəcək  |     22:12 Region göstəriciləri reallığı əks etdirirmi? - İqtisadçı deputatın çıxışını şərh etdi  |     22:07 Burnu sınan xadiməyə görə mərkəz direktoru cərimələndi  |     21:59 Cənubi Koreyada qırıcı təyyarələr pilotların əyləncəsi səbəbilə toqquşub: Onlar nə edib?  |     21:54 Bu il Azərbaycanda dəyişdirilən adlar: Qanvoy, Ulçin, Cunaqız...  |     21:48 Azərbaycanda ən az və ən çox doğum qeydə alınan rayonlar (SİYAHI)  |     21:40 Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var  |     21:35 Yuxu üçün maqnezium nə vaxt qəbul edilməlidir?  |     21:27 Bu yolda böyük çuxur yarandı - Avtomobilin təkəri və diski yararsız hala düşdü (Video)  |     21:22 "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi  |     21:15 Sabah hava necə olacaq?  |     21:10 Bu il yol qəzalarında 140 nəfər həlak olub  |     21:03 "Livanı dərhal tərk edin!" - ABŞ-dən xəbərdarlıq  |     20:58 Paytaxt Bakıdan başqa şəhərə köçürülə bilər? - AÇIQLAMA  |    
Left Banner
Right Banner

“Şlyapa Zahid”in məhkəməsində şahid: Milyonlarla kreditin ayrılması barədə sabiq vergilər naziri göstəriş vermişdi

27.02.2025 21:13 663
“Şlyapa Zahid”in məhkəməsində şahid: Milyonlarla kreditin ayrılması barədə sabiq vergilər naziri göstəriş vermişdi
Müdafiə Nazirliyinin sabiq işçisi Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində “AtaBank”ın Müşahidə Şurasının sədri Əşrəf Kamilov ifadə verib.

O bildirib ki, rəhbərlik etdiyi banka “Şahin CO” şirkətinin adına kredit götürülməsi üçün müraciət olunub. “Həmin şirkət müdafiə sənayesinin inkişafına köməklik məqsədi ilə işlərin görülməsi üçün yaradılıb. Sözügedən şirkət vasitəsi ilə Zahid Niftəliyevin adına kredit götürülüb. Bankda səhimləri olan bir şəxs kimi mənə ziyan dəyib. Əmanətlərin sığortalanması fondu araşdırma aparır. Mənim də təsisçi kimi bankda əmanətim olub. Hesab edirəm ki, sonda mənə də dəymiş ziyan ödəniləcək. Bankda kreditlərin götürülməsindən xəbərim olmayıb. “Şahin CO” şirkətinin banka nə qədər borclu olduğunu bilməmişəm”.

Əşrəf Kamilovun sözlərinə görə, Zahid Niftəliyevin adına bankda böyük məbləğdə kredit götürülməsi üçün müraciət olunub: “Amma məbləğ böyük olduğu üçün idarə heyəti və müşahidə şurasında müzakirə edildi. Amma sonda kreditin verilməsinə müsbət rəy verildi. Məbləğin yarısı başqa hesaba köçürüldü”.

Zahid Niftəliyev isə bildirib ki, kreditin götürülməsindən, yarısının isə başqa hesaba köçürülməsindən xəbəri olmayıb.

Daha sonra şahid qismində ifadə verən Adıgözəl Ağayev bildirib ki, “ATA Bank”ın idarə heyətinin sədr müavini olub.

Şahid bildirib ki, 2015-ci ilin iyul ayında idarə heyəti tərəfindən “Şahin CO” MMC-nin adına böyük məbləğdə kredit verilməsi üçün müraciət müzakirə edilib: “Müşahidə şurası tərəfindən banka rəy verildi. Biz də həmin rəyə imza etdik. Kreditin verilməsinə müsbət cavab verildi və daha sonra kreditin ayrılması barədə qərar verildi”.

Adıgözəl Ağayev qeyd edib ki, onların vəzifəsi banka böyük məbləğdə kreditin ayrılması üçün müraciətlərin araşdırılması, əvəzində qoyulan girovların yoxlanılması olub. Sorğu-sual zamanı məlum olub ki, “Şahin CO” MMC-yə böyük məbləğdə kredit ayrılsa da, amma heş bir girov qoyulmayıb. Bununla bağlı məsələyə Adıgözəl Ağayev belə cavab verib: “Bununla bağlı xahiş olunmuşdu. Çünki müsbət cavab verilməli idi”.
Sualları cavablandıran zaman şahid qeyd edib ki, kreditin ayrılmasına sabiq vergilər naziri, mərhum Fazil Məmmədov göstəriş verib: “Amma sonradan kreditin ödənilməməsi bizə məlum oldu. İlin sonunda faizlərin bağlanması zamanı bunu müəyyən etdik. 2019-cu ildə bununla bağlı İqtisad Məhkəməsinə müraciət etdik”.

Növbəti proses martın 12-də davam edəcək.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvətalma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib. Azadlığa buraxıldıqdan sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apelyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.
Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq "AtaBank" ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "AtaBank" ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan "AtaBank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.скачать dle 11.3
Mojo.az Banner