Mojo.az Banner
15:47 Azərbaycanda bu avtomobillərin xüsusi tanınma nişanı olacaq  |     15:39 Sürücüsüz nəqliyyat vasitələrinin istifadə qaydaları müəyyənləşir  |     15:32 Şənbə günü 39° isti olacaq  |     15:27 75 min manatlıq dələduzluq edən şəxs məhkəmə zalında həbs olundu  |     15:19 Jurnalist vəsiqəsinin verilməsinə görə ödəniş ləğv edilir  |     15:13 Azərbaycanda Media və Yayım Şurası yaradılır  |     15:08 Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər  |     15:00 Kamçatka sahillərində iki güclü zəlzələ oldu  |     14:55 Yanğında körpəsini itirən ana da 8 gün sonra öldü  |     14:49 "Avroviziya" qalibi Bakıya gəlməkdən imtina etdi  |     14:42 DYP Bakıda piyadaların maarifləndirilməsi ilə bağlı tədbirlər keçirdi - Video  |     14:37 Malların gömrük dəyəri manatla bəyan ediləcək  |     14:28 Gömrük qaydalarını pozan şəxslər 100 min manata yaxın cərimə olunub  |     14:23 Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı  |     14:17 İxtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - Video  |     14:09 Türkiyədə bələdiyyə sədrləri saxlanıldı  |     14:00 Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək  |     13:53 Sakinlər “Lido” restoranındakı səs-küydən narazıdır - Video  |     13:45 Həftəsonu 365 nəfər imtahan verəcək  |     13:40 Azərbaycanda uşaqların sosial şəbəkələrə çıxışı ilə bağlı yeni tələblər - AÇIQLAMA  |    
Left Banner
Right Banner

İlham Əliyev və Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər - FOTO

26.02.2025 14:29 984
İlham Əliyev və Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər - FOTO
XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Xocalı soyqırımından 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə bir etdi. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1 275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində səkkiz ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparır. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.

Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib və bu istiqamətdə ardıcıl addımlar atılır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub.

Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, Xocalı şəhəri separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində 2024-cü ilin mayında Xocalıya ilk köç baş tutub.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə "Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında" 2025-ci il fevralın 25-də Sərəncam imzalayıb.








скачать dle 11.3
Mojo.az Banner