Mojo.az Banner
23:02 Azərbaycandan sonra daha bir ölkədə “Rus Evi” bağlandı  |     22:53 Çində yanacaq kəskin ucuzlaşdı  |     22:45 4-cü sinif şagirdi vəfat etdi - SƏBƏB  |     22:40 Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK  |     22:33 Sürücülər üçün vacib dəyişiklik – İşıqforlara yeni işarə əlavə edildi  |     22:28 Bu BÜRCLƏRİN milyonçu olmaq şansı çox yüksəkdir  |     22:19 Bu ölkədə 65 ildir benzinlə işləyən avtomobillərə icazə verilmir  |     22:19 Bakıda sərnişin avtobusu evə çırpıldı - 5 sərnişin xəsarət aldı  |     22:13 Mərakeş yığmasında ciddi itki  |     22:08 Bu ölkələrdə insanlar 4 gün işləyir - DETALLAR  |     22:00 ​Bakıda bu taksilər qiyməti artırdı  |     21:55 Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?  |     21:47 Azərbaycan 5 ayda xarici ölkələrlə nə qədər ticarət əməliyyatı aparıb?  |     21:41 Ən aqressiv xərçəng növlərindən birinin hüceyrələrinin 90 faizini məhv etməyin yolu tapıldı  |     21:33 Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə nə deyib?  |     21:28 33 il sonra tapılan şəhidin qızı: Bizə qayıdacağını söz vermişdi  |     21:21 Niyə yaş artdıqca qarın böyüyür? - Alimlər səbəbini açıqladı  |     21:16 Xanım deputata ağır itki  |     21:09 Əməkdar artist toylara getməməsindən danışdı  |     21:03 İpoteka kreditlərinin azalması mənzil satışlarına necə təsir göstərib? - VİDEO  |    
Left Banner
Right Banner

Azyaşlıya qarşı quldurluq edən şəxsə hökm oxundu

22.02.2025 13:56 762
Azyaşlıya qarşı quldurluq edən şəxsə hökm oxundu
Bakının Savalan yasayış massivində evində azyaşlı H.İ-yə qarşı quldurluq edən şəxsə hökm oxunub. 
 
Median.Az bildirir ki, "Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən Şahlar Niftəliyevə hökm oxunub. Hökmə əsasən o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Belə ki, CM-nin 234.1-ci maddəsi ilə üzərində olan məhdudlaşdırma cəzası da hazırkı hökmə birləşdirməklə ümumi olaraq Şahlar Niftəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. 
 
İttiham aktına görə, Şahlar Niftəliyev 2023-cü ilin may ayının ilk günlərində azyaşlı H.İ-li ilə "tiktok" sosial şəbəkəsində tanış olub. Belə ki, azyaşlı tiktokda vorovskoy mahnılar təbliğ edib. Tanışlıqları da bu mövzu ilə başlayıb. Sonra 04.05.2023-cü il tarixdə Şahlar dostları Ramiz və Aslanla azyaşlının Maştağa qəsəbəsi, Savalan yasayış massivində olan nömrəsiz evinə qonaq gəliblər. Həmin vaxt evdə azyaşlıdan başqa heç bir ailə üzvü olmayıb. Şahlar ilə Ramiz azyaşlı ilə söhbət edən Aslan evdən oğurluq etmək qərarına gəlib, ancaq heç nə tapmadıqda Şahlar azyaşlıya bıçaq dirəyərək evdə olan qiymətli əşyaların yerini göstərməsini məcbur edib. Azyaşlı isə qorxaraq anasının yataq otağında Quranqabının içərisində olan 2200 manatı, 700 ABŞ dolları və 100 avronu onu hədələyənlərə göstərib. Bundan sonra isə anasına məxsus qızıl-zinət əşyalarının da yerini 3 dosta deyib. Ümumilikdə evdən 4528 manatlıq pul və qızıl aparan dostların cinayət əməli bir müddət bağlı qalıb.
 
Belə ki, azyaşlının anası öz oğlunun evdən oğurluq etməsi barədə polisə şikayət edəndən sonra cinayətin kimlər tərəfindən törədilməsi polis əməkdaşlarına məlum olub. Digər 2 şəxs- Ramiz və Aslan barəsində 2024-cu ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb və hər ikisi 8 il müddətinə azadlıqdan məhrum edilib.
 
(unikal.az) скачать dle 11.3
Mojo.az Banner