Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Dövlət təşkilatlarında yoxlamalar zamanı 13 milyon manatdan artıq əsassız ödənişlər aşkar edilib

19.02.2025 14:36 1 251
Dövlət təşkilatlarında yoxlamalar zamanı 13 milyon manatdan artıq əsassız ödənişlər aşkar edilib
2024-cü ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 100 təşkilatda nəzarət tədbirləri həyata keçirilib.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hesabat dövründə xidmətin fəaliyyətinin əsas hissəsini Baş Prokurorluqdan və hüquq-mühafizə orqanlarından daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar aparılan nəzarət tədbirləri təşkil edib. Belə ki, prokurorluq və hüquq-mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 57 təşkilatda yoxlamalar aparılıb, bu yoxlamalarla 13 331.5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. Yoxlama materialları aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilib (Əlavə №1 və Əlavə №2).

İş planına əsasən, xidmət tərəfindən 2024-cü ildə 38 təşkilatda yoxlamalar aparılıb. Bu yoxlamalarla aşkar olunmuş 6.360,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 5.146.6 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməklə, habelə iş və xidmətlərin yerinə yetirilməsi yolu ilə bərpası təmin edilib, həmin nəzarət obyektlərindən iki təşkilat üzrə aşkar olunmuş 1.213.5 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib (Əlavə №1 və Əlavə №3).

Bundan başqa, xidmət tərəfindən vətəndaş müraciətlərinə əsasən beş təşkilatda göstərilən hallar üzrə yoxlamalar aparılıb və nəticədə cəmi 4.5 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub. Yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün nəticələr üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib (Əlavə №1 və Əlavə №3).

Yoxlamalar zamanı nəzarət obyektlərində, yoxlama materialları hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilən nəzarət obyektləri istisna olmaqla, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 45 nəfər vəzifəli şəxsə 40.6 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Xidmət tərəfindən hesabat dövründə aparılan nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara gələcəkdə yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsirli olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib, müvafiq tövsiyələr verilib.скачать dle 11.3
Mojo.az Banner