Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

ABŞ dövlət katibinin təyyarəsində NASAZLIQ: Təcili geri qayıtdı

14.02.2025 12:31 1 206
ABŞ dövlət katibinin təyyarəsində NASAZLIQ: Təcili geri qayıtdı
Münhenə yollanan ABŞ dövlət katibi Marko Rubionun təyyarəsi Vaşinqton yaxınlığındakı aviabazaya qayıdıb.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti xəbər yayıb.

Bildirilir ki, təyyarə texniki nasazlıq səbəbindən Merilend ştatındakı Endrüs hərbi hava bazasına geri qayıdıb. Nasazlığın nə ilə bağlı olduğu barədə məlumat verilməyib.

Qurum əlavə edib ki, Rubio Almaniya və Yaxın Şərqə səfərini başqa təyyarə ilə davam etdirəcək.

Son xəbərlər