Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib

12.02.2025 22:45 1 272
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Mərkəzi Seçki Komissiyasında (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olan növbəti müraciətlərə baxılıb.

“Report” xəbər verir ki, müraciətləri MSK-nın katibi Arifə Muxtarova, qurumun və Ekspert qrupunun üzvləri Ramiz İbrahimov, Fuad Cavadov, Qabil Orucov, Nailə Əsgərova və Baxşeyiş Əsgərov təqdim ediblər.

Qeyd edilib ki, müraciətlər 115 saylı Şəki kənd (Kiçik Dəhnə bələdiyyəsi), 111 saylı Zaqatala-Balakən (Zaqatala bələdiyyəsi), 3 saylı Babək-Şahbuz-Kəngərli (Şıxmahmud bələdiyyəsi), 80 saylı Lerik-Astara (Vizəzəmin bələdiyyəsi), 58 saylı Xaçmaz kənd (Xudat bələdiyyəsi), 47 saylı Sumqayıt-Abşeron-Qaradağ (Müşfiqabad bələdiyyəsi) seçki dairələri üzrədir.

MSK-nın qərarına əsasən, 115 saylı Şəki kənd (Kiçik Dəhnə bələdiyyəsi), 111 saylı Zaqatala-Balakən (Zaqatala bələdiyyəsi) və 47 saylı Sumqayıt-Abşeron-Qaradağ (Müşfiqabad bələdiyyəsi) seçki dairələri üzrə müraciətlər əsassız hesab edilib və dairə seçki komissiyalarının müvafiq qərarları dəyişdirilmədən saxlanılıb.

Həmçinin 3 saylı Babək-Şahbuz-Kəngərli (Şıxmahmud bələdiyyəsi), 80 saylı Lerik-Astara (Vizəzəmin bələdiyyəsi) və 58 saylı Xaçmaz kənd (Xudat bələdiyyəsi) üzrə müraciətlər isə müraciətetmə müddətinin ötürülməsi səbəbindən ərizəçiyə geri göndərilib.

Xatırladaq ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.скачать dle 11.3

Son xəbərlər