Mojo.az Banner
22:43 Ermənistan hava məkanını bağlayır  |     22:35 "5 min manat verdim, bir ay sonra iş bağlandı" - Uşaq bağçasının direktorunun məhkəməsi  |     22:30 Qobustanda yeni qayaüstü təsvirlər aşkarlanıb  |     22:22 Ermənistanda general axtarışa verildi  |     22:15 Tərxis olunan hərbi qulluqçuların NƏZƏRİNƏ!  |     22:10 Sabirabadda 18 yaşlı qızın meyiti tapıldı  |     22:03 Azərbaycanda dolların məzənnəsi dəyişəcək? - Rəsmi açıqlama  |     21:57 Azərbaycanda uşaqlara qoyulan yer adları: Salyan, Şəki, Laçın...  |     21:49 Bazar günü 37 mindən çox şəxs imtahan verəcək  |     21:44 "Qırmızı Körpü" gömrük postunda 800 avtomobil gözləyir  |     21:35 Sabah 21° isti olacaq  |     21:29 Ad günündə dəfn edilən uşağın ölüm səbəbi bilindi  |     21:21 Aİ Ermənistana yeni missiya göndərir  |     21:16 Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı  |     21:14 Tramp ABŞ-nin müttəfiqlərini təhdid etdi  |     20:56 Biləsuvarda ana yemək üstündə qızını vəhşicəsinə döydü  |     20:47 Azərbaycanın Almaniyadakı səfirliyi Kölndə səyyar konsulluq xidmətləri həyata keçirəcək  |     20:29 Bakının 2 rayonunda qaz kəsiləcək  |     20:05 Azərbaycan XİN Türkiyəyə başsağlığı verib - FOTO  |     19:56 Paşinyandan Tramp marşrutu ilə bağlı açıqlama  |    
Left Banner
Right Banner

Azərbaycanın tanınmış cərrahı Mir Cəlal Kazıminin adı CİNAYƏT İŞİNDƏ HALLANIR

12.02.2025 21:43 939
Azərbaycanın tanınmış cərrahı Mir Cəlal Kazıminin adı CİNAYƏT İŞİNDƏ HALLANIR
Xeyli vaxtdır gündəmdən düşməyən üç xanımın talassemiyalı uşaqların müalicəsi üçün ayrılmış pulları ələ keçirməsi ilə bağlı məhkəmə araşdırması davam edir.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə hazırkı mərhələdə zərərçəkmiş şəxslər dindirilir.

Bu iş üzrə mühakimə edilən xanımlar - şirkət rəhbəri Nuridə Seyidova, onun işçiləri Aynur Bayramova və Aysel Məmmədovanın üçü də həbsdədir. Birgə dələduzluqda təqsirləndirilən müttəhimlər hazırda bir-birinə qarşı da ziddiyətli mövqedədirlər.

İşin əsas həssas məqamlarından biri təqsirləndirilən şəxslərin cinayətinin bəzi xəstələrin ölümünə gətirib çıxarmasıdır.

Vəfat edənlərdən biri də bu gün ifadə verən Sevinc Səmədovanın əridir. Zərərçəkmişin həyat yoldaşı Ramin qaraciyər serrozundan əziyyət çəkib, əməliyyat gecikdiyi üçün dünyasını dəyişib.

Bu işdə adı çəkilənlərdən biri də Mərkəzi Gömrük Hospitalının tanınmış cərrahı Mir Cəlal Kazımidir.

S.Səmədova da deyir ki, onu təqsirləndirilən şəxslərin yanına Mir Cəlal Kazımi göndərib. Həkim zərərçəkmişi inandırıb ki, həmin xanımlar xeyriyyəçidir, onlara kömək edə biləcəklər: "Mən hospitala gələnə kimi heç bunların (təqsirləndirilən şəxslərin - red.) adını eşitməmişdim. Mir Cəlal doktorun yanına həyat yoldaşımın müalicəsi üçün gəlmişdim. Nə isə söhbət əsnasında dedi ki, bəs, həyat yoldaşın əməliyyat edilməlidir. Amma əməliyyat kifayət qədər pul tələb edir. Dedi ki, sənə bir nömrə verəcəyəm, onunla danış. Həmin adam da hazırda burada oturan Aysel idi. Həkim onların dəstəyi ilə əvvəl də əməliyyat edilənlərin olduğunu dedi.

Bundan sonra Aysellə danışmaq üçün şirkətlərinə getdim. Deyim ki, şirkət də qorxulu yer idi. Nə isə narahat oldum, amma Aysel məni inandırmağı bacardı. Videolar göstərdi, orada əməliyyat edilən şəxslər təşəkkür edirdilər. Razılaşma da belə oldu ki, 22 min 500 manat verəcəyəm, qalanını da sponsorları vasitəsilə həll edəcəklər. Sonra yenə Mir Cəlal doktorun yanına qayıtdım. Dedim ki, içim rahat deyil. Bunu deyəndə doktor coşdu, dedi, narahat olmağa ehtiyac yoxdur".

Hakim Azad Məcidovu maraqlandıran əsas məsələ dövlət hospitalının həkiminin xəstələri təqsirləndirilən qadınların yanına göndərməsidir. Hakim bu haqda Aysel Məmmədovadan soruşub.

Xanım müttəhimin cavabından bəlli olub ki, şirkətləri ilə hospital arasında müqavilə var imiş. Şirkətə rəhbərlik etmiş Nuridə də bunu təsdiq edib. O, rus dilində nə isə demək istəsə də, əvvəlki cavab hakimi qane edib.

Aysel Məmmədovanın yaxınları 22 min 500 manatın 15 min 500 manatını həyat yoldaşını itirən xanıma qaytarıblar.

Mövzu açılmışkən zərərçəkmiş Tural Nəsmiyev qaranlıq qalan məsələlərin aydınlaşması üçün adları keçən həkimlərin məhkəməyə çağırılması məqsədilə vəsatət qaldırıb.

Hakim qarşısında dindirilməsi tələb edilən həkimlər - Mir Cəlal Kazımi, hadisə baş verən vaxt Talassemiya Mərkəzinin baş həkimi olan Xuraman Cəfərova, mərkəzin ovaxtkı direktoru Valeh Hüseynov və başqalarıdır. Bu şəxlərin ifadəsi iş üçün əhəmiyyətli hesab edilir.

Məhkəmə vəsatəti qəbul edib. Növbəti iclaslarda həkimlərin dindirilməsi məsələsi müzakirə ediləcək.

İclasın ortasında Aynur Bayramovanın səhhəti pisləşib, təcili yardım gəlib. Həkim məsləhəti ilə proses təxirə salınıb.

Qeyd edək ki, Nuridə Seyidova "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi, A.Bayramova və A.Məmmədova isə işçiləridir. İş üzrə 36 nəfər zərərçəkmişə bir milyon manata yaxın zərər dəyib.скачать dle 11.3
Mojo.az Banner