Mojo.az Banner
18:21 Bu şirkətdə milyonluq yeyinti - Həbs edilənlər var  |     18:08 Azərbaycanda 45 nəfərə pulsuz mənzil veriləcək  |     17:50 Ölkədə bəzi şəxslərin evləri PULSUZ TƏMİR OLUNACAQ  |     17:29 "Qarabağ" böyük hesabla uduzdu  |     17:16 Goranboyda həkim qadının meyiti göldən tapıldı  |     17:08 Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb  |     16:54 Avropa Komissiyasının Prezidenti Azərbaycana gəldi  |     16:28 Rusiya Silahlı Qüvvələri Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürdü  |     16:09 Göldə 53 yaşlı həkimin meyiti tapıldı  |     15:55 AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır  |     15:29 II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək - Tarix açıqlandı  |     15:24 Leyla Əliyeva "Azəripək" ASC-nin fəaliyyəti ilə yaxından tanış olub - FOTO  |     15:17 Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib - FOTO  |     14:52 Alimlərdən xəbərdarlıq: Mart ayından bəri ən güclü maqnit qasırğası gözlənilir  |     14:44 Bəzi qatarların hərəkət qrafiki dəyişdi  |     14:20 Xarici universitetlərdən yerdəyişmə etmək istəyən TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ  |     14:02 Müəllimini güllələməkdə təqsirli bilinən şagirdə ittiham elan edilib  |     12:40 Yaponiya və Koreya vətəndaşları bu gündən Azərbaycana vizasız gələcəklər  |     12:39 Azərbaycan nefti ucuzlaşıb  |     12:36 Tovuza sərnişin aparan şəxs gecələmək istədi, ÖLDÜRÜLDÜ - QƏTLİN TƏFƏRRÜATI (Yenilənib)  |    
Left Banner
Right Banner

Sabah bəzi şəhərətrafı ərazilərdə hava çiskinli olacaq

11.02.2025 18:47 1 047
Sabah bəzi şəhərətrafı ərazilərdə hava çiskinli olacaq
Bakıda və Abşeron yarımadasında fevralın 12-də gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şərq rayonlarda yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.скачать dle 11.3
Mojo.az Banner