Mojo.az Banner
13:39 “General-leytenant” rütbəsi verilən digər zabitlər kimlərdir? (FOTO)  |     13:28 Telefon nömrəsini dəyişmək istəyənlərə XƏBƏRDARLIQ  |     13:20 Bakıda 27 yaşlı kişi stadionda öldü  |     12:25 Bakı-Quba yolunun kənarında OBYEKT YANIB  |     12:20 Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər – Qiymət dəyişəcək?  |     12:03 Sabirabadda yanğın törədən şəxs saxlanıldı  |     11:55 Gələn həftə maraqlı kosmik hadisə gözlənilir - Azərbaycandan da müşahidə etmək mümkün olacaq  |     11:52 "Başına zərbə vurdum, sonra prokurorluğa gedib təslim oldum" - meşədəki qətlin TƏFƏRRÜATI  |     11:52 Sərnişinlərin NƏZƏRİNƏ: Qatarların hərəkət qrafiki dəyişəcək  |     11:47 Əlilliyə görə pensiya alanların sayı AÇIQLANDI  |     11:46 Bakının Kənar Dairəvi yolunda yük maşını aşdı, tıxac yarandı  |     11:45 Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü  |     11:43 Qızılın saxta olduğunu necə müəyyən etmək olar? - Zərgər izah edir  |     11:41 Üç aydan çox istifadə edirsinizsə, DİQQƏT: Diş fırçasında nələr toplanır?  |     11:39 Pakistan Əfqanıstana yaşıl işıq yandırdı: Humanitar dəhliz açıldı  |     11:34 General-mayor Abbasəli Novruzov dəfn edildi - FOTO  |     11:14 Astarada narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu  |     11:08 Bu ərazilərdə işıq olmayacaq  |     11:01 Salyanda 16 yaşlı qızın toyunun qarşısı alındı  |     23:01 Beyləqanda kanalda bir nəfər batıb  |    
Left Banner
Right Banner

Ruben Vardanyanın məhkəmədə əsaslandırılmamış etirazı təmin olunmayıb

10.02.2025 21:45 1 266
Ruben Vardanyanın məhkəmədə əsaslandırılmamış etirazı təmin olunmayıb
Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 10-da davam etdirilib.

Onun müdafiəçisi, vəkil Avraam Berman Vardanyan tərəfindən qaldırılan vəsatətlərin təmin olunmamasını əsas gətirərək işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu bildirib və məhkəmə tərkibinə etiraz edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret halları müəyyən edilib və bu etiraz əsaslandırılmalıdır.

Eyni zamanda, qanunvericiliyə əsasən, hakimin cinayət təqibində maraqlı olmasını təsdiqləyən konkret və mötəbər sübutlar olduqda etiraz etmək olar. Prokuror deyib ki, prosesin hazırkı mərhələsində müdafiə tərəfi məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret sübut təqdim etmədiyindən etiraz baxılmamış saxlanılmalıdır.

Zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov və məhkəmədə iştirak edən digər zərərçəkmiş şəxslər də etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş ediblər.

Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

R.Vardanyanın vəkili məhkəməyə müraciət edərək müdafiə etdiyi təqsirləndirilən şəxslə konfidensial görüş üçün yenidən şərait yaradılmasını xahiş edib. Hakim konfidensial görüş üçün şərait yaradıb.скачать dle 11.3
Mojo.az Banner