Mojo.az Banner
19:54 M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır  |     19:49 İntihar etdiyi deyilirdi - Arvadı öldürübmüş  |     19:42 Sabah 40 dərəcəyədək isti olacaq  |     19:37 Taksi sürücüləri üçün imtahana qeydiyyat başlanır - Bu tarixdən  |     19:30 Sabah bütün sosial ödənişlər yekunlaşacaq  |     19:24 Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO  |     19:15 Gürcüstanda sərhədi keçmək istəyən TIR-lar üçün yeni qayda  |     19:10 Bu məhsulları dondurucuda saxlamayın  |     19:03 Cəlilabadda ziyarətgahı qazdılar, sümüklər çıxdı - Polis araşdırmaya başladı  |     18:50 Birinci sinfə qəbul: Müraciətlərin sayı bəlli oldu  |     18:36 Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı  |     18:31 Ağstafada "TikTok" üçün video çəkərkən elektrik vuran yeniyetmə ÖLDÜ  |     18:29 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     18:27 Hikmət Hacıyev Ukraynanın III dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edildi  |     18:21 Ağdamda açıq sahədə YANĞIN BAŞLAYIB  |     18:03 Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ  |     17:46 Xaçmazda kişi qızının sevgilisini küçədə döydü  |     17:33 Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO  |     17:23 Bir litr süd 15 qəpiyə satılır? - Fermerdən açıqlama  |     17:08 Avropada elektrikli avtomobil satışları 13 faiz artıb  |    
Left Banner
Right Banner

Bakıda yeni yolun inşasına start verildi - VİDEO

03.02.2025 17:23 1 521
Bakıda yeni yolun inşasına start verildi - VİDEO
Bakının Akademik Həsən Əliyev küçəsi - "Koroğlu" metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi işlərinə start verilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, yeni yol Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilərək inşa edilir.

Yeni avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3.9 km təşkil edəcək. Layihəyə uyğun olaraq, avtomobil yolunda ümumi uzunluğu 2210 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin tikintisi nəzərdə tutulur.

Yeni yolun layihəsi Xəlil Rza Ulutürk küçəsi ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsindən başlayaraq "Ulduz" metro stansiyasının yaxınlığından keçərək, Ələsgər Qayıbov küçəsindən 1240 metr uzunluğa malik tunel vasitəsilə mövcud metro və dəmir yolu xətlərinin altından Əliyar Əliyev küçəsinədək uzanır. Buradan isə Yusif Vəzir Çəmənzəmənli küçəsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməyədək və uzunluğu 550 metr olan tunel vasitəsi ilə Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairədən keçərək, Koroğlu Rəhimov küçəsini kəsərək Həsən Əiyev küçəsinədək davam edir. Eyni zamanda Əliyar Əliyev küçəsi ilə yeni yolun kəsişməsində uzunluğu 410 metr tunelin inşası da nəzərdə tutulub ki, artıq ərazidə tikintiyə başlanılması üçün hazırlıq işləri gedir.

Layihə çərçivəsində "Ulduz" metro stansiyasından Ələsgər Qayıbov küçəsi istiqamətində, "Bakmil" metro stansiyası yaxınlığında və Əliyar Əliyev küçələrində mobilizasiya-demobilizasiya işləri yerinə yetirilib, tikinti altına düşən maneələrin sökülməsi, kommunikasiya xətlərinin köçürülməsi, müəyyən hissələrdə yararsız qruntun qazılaraq kənarlaşdırılması və rekultivasiya işləri, həmçinin zəruri ərazilərdə dəmir-beton svayların vurulması yerinə yetirilir, layihənin 3-cü km-lik hissəsində yeraltı piyada keçidi inşa edilir.

Layihəyə uyğun olaraq Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında da tikinti işlərinə start verilib. Bununla əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Artıq tikinti altına düşən yaşayış və qeyri-yaşayış sahələrinin sahiblərinə qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə təzminat ödənilməklə söküntü işlərinə də start verilib. Yeni inşa edilən yol boyu tikinti altına düşən digər maneələrin (yaşayış, qeyri-yaşayış və torpaq sahələri) qiymətləndirməsi İşləri həyata keçirilib və sənədləri hazırlanaraq təzminat ödənilməsi üçün aidiyyəti üzrə təqdim edilib.

Bundan başqa 20 keçmiş məcburi köçkün ailəsinin məskunlaşdığı peşə məktəbi də yolun tikintisi altına düşdüyü üçün Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinə onların qısa müddətdə başqa yerə köçürülməsinə köməklik göstərilməsi üçün müraciət olunub.

Dövlət əhəmiyyətli yeni infrastruktur layihəsinin icrası zamanı ətraf mühitə və yaşıllıqlara təsirlərin maksimum dərəcədə azaldılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birlikdə monitorinqlər aparılır, mövcud vəziyyət qiymətləndirilir.

Mütəxəssislərlə birgə həyata keçirilən fəaliyyət nəticəsində yaşıllıqlara dəyən ziyanın minimuma endirilməsi, uyğun ərazilərə yaşıllıqların köçürülməsi, təbiətə dəyən ziyanın bərpa dəyərinin ödənilməsi və əvvəlki həcmindən daha çox sayda yeni yaşıllıq zolaqlarının salınması üçün plan-proqram işlənib hazırlanır.скачать dle 11.3
Mojo.az Banner