Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Lukaşenkonun qələbəsi rəsmiləşdi

03.02.2025 17:20 1 392
Lukaşenkonun qələbəsi rəsmiləşdi
Belarusun Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 26-da baş tutmuş və fəaliyyətdə olan dövlət başçısı Aleksandr Lukaşenkonun qələbəsi ilə yekunlaşmış prezident seçkisinin yekun nəticələrini açıqlayıb.

Median.Az
TASS-a istinadən xəbər verir ki, MSK-nın məlumatına görə, A.Lukaşenko seçicilərin 86.82% səsini toplayıb.

Prezidentlik yarışında ikinci yerdə səslərin 3.21%-ni qazanmış Sergey Sırankov qərarlaşıb. Sonrakı yerləri müvafiq olaraq, Oleq Qaydukeviç (2.02%), Anna Kanopatskaya (1.86%) və Aleksandr Xijnyak (1.74%) tutublar.

Səsvermədə iştirak etmiş seçicilərin 3.60%-i bütün namizədlərin əleyhinə səs verib. Ümumilikdə səsvermədə seçmə hüququ olan təqribən 6.9 milyon nəfərin 85.69%-i iştirak edib.

Son xəbərlər