Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:13 Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq | 17:04 Türkiyədə zəlzələ oldu | 17:03 “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir - Xəbərdarlıq | 16:58 Bağlanan banklara borcu olanlara xəbərdarlıq | 16:48 Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya | 16:47 Bəzi hərbçilər cərimələnəcəklər | 16:25 Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü | 14:55 Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - Foto | 14:53 Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək | 14:50 Reyslərin sayı artırıldı: Sabahdan Bakıdan Tbilisiyə 30 faiz daha ucuz səyahət imkanı | 14:33 Məmur Şəkidə "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat (FOTO) | 14:18 Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib | 14:17 Şahdağa qar yağıb - Faktiki Hava | 14:05 Gəncədə bədbəxt hadisə: 68 yaşlı kişi öldü | 14:05 Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq? | 14:01 100-dən çox şəxs borca görə saxlanıldı | 13:47 Azərbaycan nefti bahalaşdı | 13:38 Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim" | 13:31 Kəmaləddin Heydərovdan yeni təyinat - Şabranda rəis dəyişdi | 13:20 Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi |
Mojo.az Avto
Mojo.az Avto

Qazaxıstanda AZAL təyyarəsinin qəzasının araşdırılması ilə bağlı ekspertizalar təyin edilib

29.01.2025 12:31 1 365
Qazaxıstanda AZAL təyyarəsinin qəzasının araşdırılması ilə bağlı ekspertizalar təyin edilib
Qazaxıstan Baş Prokurorluğu Aktau şəhəri yaxınlığında "Azerbaijan Airlines" (AZAL) şirkətinin sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasını davam etdirir.

Median.Az
-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Qazaxıstanın baş prokurorunun müavini Qalımjan Koygeldiyev məlumat verib.

O, AZAL təyyarəsinin qəzasının araşdırılması ilə bağlı sualı cavablandırıb.

"İstintaq davam edir, ən təcrübəli əməkdaşlardan ibarət istintaq qrupu yaradılıb, ekspertizalar təyin edilib. Bildiyiniz kimi, iş mürəkkəbdir. Biz nəticələri gözləyirik", - deyə Koygeldiyev qeyd edib.

Bundan əvvəl Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev bildirmişdi ki, təyyarə ilə bağlı fövqəladə hadisənin araşdırılmasını respublikanın Nəqliyyat Nazirliyi (aviasiya hadisəsinin səbəblərini araşdırır) və güc qurumları, o cümlədən Baş Prokurorluq (onlar ballistik və partlayış-texniki ekspertiza aparırlar) aparır. Araşdırmada, həmçinin Azərbaycan, Rusiya, Braziliya və ICAO-dan (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) olan beynəlxalq ekspertlər də iştirak edirlər.

Bozumbayevin sözlərinə görə, bu həftə Qazaxıstan Nəqliyyat Nazirliyi aviasiya hadisəsinin araşdırılmasının ilkin nəticələrini dərc edə bilər.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan itkisi və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Son xəbərlər