Mojo.az Banner
13:26 Qəbələyə istirahətə gedən qadın hovuzda ölü tapıldı  |     13:14 Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi - FOTO  |     13:00 Oğurladığı qızılları sataraq özünə avtomobil alan şəxs saxlanılıb  |     12:48 Dünya Bankı Azərbaycana qrant ayırdı  |     12:23 Dünya birjalarında neft bahalaşır: Son qiymətlər açıqlandı  |     12:14 Bəzi rayonlarda iki gün qaz olmayacaq  |     12:06 Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var  |     11:56 Məktəbli çantasının ideal çəkisi nə qədər olmalıdır? - Valideynlərə vacib tövsiyə  |     11:38 Rusiyada əmək miqrantları üçün qaydalar SƏRTLƏŞDİRİLDİ  |     11:37 Kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi xəstəxanada öldü  |     11:36 Şahbuzda avtobusdan düşən 15 yaşlı qızı maşın vurdu  |     11:35 Mirzoyan Ermənistandan Azərbaycan sərhədinə gedən dəmir yolu ilə bağlı danışdı  |     11:29 Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     11:28 Estoniyada həyəcan siqnalı: NATO qırıcıları PUA-lara görə işə düşdü  |     11:13 Azərbaycan və İran XİN başçıları Bişkekdə görüşüblər  |     23:02 İşğaldan azad edilmiş ərazilərə giriş portalı nə vaxt ləğv ediləcək? - AÇIQLAMA  |     22:54 "Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır  |     22:49 FİFA İnfantinonun imicini yaxşılaşdırmaq üçün 3 milyon dollar xərcləyib  |     22:41 İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA  |     22:36 Benzema "ƏI-Hilal"dan getdi  |    
Left Banner
Right Banner

"Bandotdel"dən ƏMƏLİYYAT: Narkoşəbəkənin üzvləri İFŞA EDİLDİLƏR - VİDEO

28.01.2025 12:41 1 377
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") əməkdaşları İmişli rayonu ərazisində tədarükçü-ekspeditor narkoşəbəkənin üzvlərini ifşa ediblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlərlə əvvəllər məhkum olunan 41 yaşlı Elşən Əliyev və 32 yaşlı Tərlan Bağırov saxlanılıblar. Onların avtomobilindən və yaşayış ünvanlarından 62 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri digər tədbirlərlə 39 yaşlı Ceyhun İsmayılov və 29 yaşlı Rəşad Məmmədli də narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar. Onların üzərindən və yaşadıqları evlərdən 18 kiloqram marixuana, heroin, psixotrop maddə metamfetamin və metadon həbləri aşkarlanıb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, onlar barəsində həbs qətimkan tədbirləri seçilib.

Elşən Əliyev, Ceyhun İsmayılov, Rəşad Məmmədli və Tərlan Bağırovla əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner