Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Formula-1"ə ayrılan pulların mənimsənilməsi: Gürcüstan bankındakı pullar kimindir?

27.01.2025 14:55 1 167
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Çingiz Mehdiyevin vəkilləri məhkəməyə vəsatətlər təqdim ediblər.

Vəkil vəsatətində bildirib ki, Gürcüstan bankından Çingiz Mehdiyevin anasının adına olan pullar vərəsəlik əsasında onun hesabına köçüb. Vəkil bununla bağlı sənədin sübutlara daxil edilməsini istəyib.

Çingiz Mehdiyev deyib ki, sözügedən pullar Gürcüstan bankında olub:

"Bununla bağlı Gürcüstan bankına müraciət etmişdik. Pullar anamın adına idi. Anam rəhmətə getdikdən sonra vəsait Gürcüstan bankında qalmışdı".

Çingiz Mehdiyev deyib ki, Azərbaycandan aldıqları vərəsəlik sənədi əvvəlcə tanınmayıb. Buna görə də pullar bir müddət Gürcüstan bankında ilişib qalıb. Daha sonra vərəsə kimi tanınıb və pul onun adına köçüb.

Vəkil bildirib ki, Çingiz Mehdiyevin hesabında 857 min dollar olub. Onun sözlərinə görə, bu vəsait Bakı Şəhəri Halqası Əməliyyat Şirkətindən mənimsənilən pullarla uyğun gəlmir.

Müdafiəçi növbəti vəsatətində Gürcüstan bankına müraciət edilməsini və məbləğin dəqiqləşdirilməsi üçün həmin maliyyə sənədlərinin məhkəməyə göndərilməsini xahiş edib.

Dövlət ittihamçısı deyib ki, cinayət işi üzrə lazım olan sənədlər məhkəməyə təqdim edilib və iş materiallarına əlavə olunub. İttihamçı vəsatətin təmin olunmamasını istəyib.

Məhkəmə məbləğlərin dəqiqləşdirilməsi məqsədilə Gürcüstan bankına müraciət edilməsi üçün verilən vəsatəti təmin etməyib. Bildirilib ki, bu məsələ müşavirə otağında nəzərə alınacaq.

Digər vəsatət təmin olunub. Belə ki, məhkəməyə təqdim olunan sənədlər cinayət işinin materiallarına əlavə olunub.

Vəkillər digər vəsatətlərində Hesablama Palatasının şirkətdə audit yoxlaması ilə bağlı faktların məhkəməyə göndərilməsini xahiş ediblər:

"Biz istəsək, verməyəcəklər. Xahiş edirik, məhkəmə bununla bağlı quruma müraciət etsin".

Dövlət ittihamçısı bildirib ki, sözügedən qurumun hər hansı bir sənədi əsas sayıla bilməz. İttihamçının sözlərinə görə, bu işi istintaq orqanı və məhkəmə həyata keçirir. O, vəsatətin təmin ediməməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti proses fevralın 3-də keçiriləcək.

Qeyd edək ki, Çingiz Mehdiyev "Formula-1" yarışının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.

Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Son xəbərlər