Mojo.az Banner
Left Banner
Right Banner

"Sabah" heyətini özbəkistanlı futbolçu ilə gücləndirməyə hazırlaşır

27.01.2025 14:38 624
"Sabah" heyətini özbəkistanlı yarımmüdafiəçi Umarali Rahmonaliyevlə gücləndirməyə hazırlaşır.

Median.Az
"Sport-Ekspress" nəşrinə istinadən xəbər verir ki, Elvin Camalovun "Neftçi"yə keçidindən sonra dayaq yarımmüdafiəçisi axtarışına başlayan paytaxt təmsilçisi "Rubin"də çıxış edən Rahmonaliyevlə bu boşluğu dolduracaq.

21 yaşlı oyunçu Rusiya klubundan birillik icarəyə götürüləcək.

"Rubin"lə müqaviləsi gələn ilin yayına qədər olan Umarali Rahmonaliyev Rusiya klubunun əsas komandasında 7 oyun keçirib.скачать dle 11.3
Mojo.az Banner