Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

İraqda neft emalı zavodunda yanğın baş verib, yaralananlar var

24.01.2025 20:31 900
İraqda neft emalı zavodunda yanğın baş verib, yaralananlar var
İraqın cənubundakı "Rumeyla" neft emalı zavodunda yanğın baş verib, azı dörd nəfər xəsarət alıb.

Median.Az "Report”a istinadən xəbər verir ki, bu barədə "Shafaq News” informasiya portalı məlumat yayıb.

Məlumata görə, yaralananlar müxtəlif travmalar alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Yanğınsöndürmə qrupları hadisə yerində işləyir, lakin alovun qarşısını almaq hələ mümkün olmayıb, yanğın sahəsi genişlənir.

Portal yanğının səbəbi barədə məlumat verməyib.

Son xəbərlər