Mojo.az Banner
20:16 Antisanitar şəraitdə kvas istehsal edən müəssisə bağlandı  |     20:08 Xəzərdə gəzinti gəmisi qayaya çırpıldı - Ölənlər var  |     20:02 Bakıda bu mənzillərə tələbat artdı - Video  |     19:55 Əhalinin banklardakı əmanətləri sürətlə artır - SƏBƏB  |     19:50 Vardanyanın arvadını 5 ilədək həbs gözləyir - Qarabağa qanunsuz giribmiş  |     19:42 Bakıda sahibsiz it qadına hücum etdi - Video  |     19:37 2048,7 hektar ərazi minalardan təmizlənib  |     19:30 Sentyabrda hava necə olacaq? - Pronqoz  |     19:24 Taryel Qasımov saxlanıldı  |     19:15 Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - Video  |     19:10 Azərbaycanda pensiyalar bu tarixdə artırılacaq  |     19:03 Boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri açıqlandı  |     18:59 Bakıda bu avtobusda qiymət 65 qəpik oldu  |     18:53 Pişiyin dişlədiyi 4 yaşlı qız quduzluqdan öldü  |     18:48 Uşaqları infeksion xəstəliklərdən belə qoruyun - Həkimdən XƏBƏRDARLIQ  |     18:40 Daha bir tarixi seriala çəkiləcək  |     18:35 Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı  |     18:27 Azərbaycanda 5 şirkət ləğv olunur  |     18:21 Sumqayıtda 28 yaşlı oğlan bıçaqlandı, atası saxlanıldı  |     18:17 Azyaşlının psixoloq yanında döyülməsi iddiası araşdırılır - VİDEO  |    
Left Banner
Right Banner

Baş prokuror Qaradağda vətəndaşları qəbul etdi

23.01.2025 18:45 852
Baş prokuror Qaradağda vətəndaşları qəbul etdi
Bu gün Baş prokuror Kamran Əliyev Qaradağ rayon prokurorluğunun inzibati binasında Bakı şəhərinin Qaradağ rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qəbulda iştirak edən 25 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.скачать dle 11.3
Mojo.az Banner