Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Polşada mədəndə partlayış baş verib, 14 nəfər xəstəxanaya yerləşdirilib

22.01.2025 21:11 990
Polşada mədəndə partlayış baş verib, 14 nəfər xəstəxanaya yerləşdirilib
Polşanın cənubunda yerləşən Sileziya voyevodalığındakı mədəndə metan qazının partlaması nəticəsində ən azı 16 nəfər xəsarət alıb.

Median.Az "Report”a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.

Onlardan 14 nəfəri xəstəxanalara yerləşdirilib. Ümumilikdə 16 nəfərə tibbi yardım göstərilib.

Onlar əsasən yanıq, əl-ayaq və əzik xəsarətləri alıblar.

Son xəbərlər