Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Finlandiya parlamentinin spikeri: "Bəşəriyyət artıq III Dünya müharibəsindədir"

20.01.2025 19:30 2 400
Finlandiya parlamentinin spikeri:
Finlandiya parlamentinin spikeri Yussi Halla-aho narahatdır ki, dünya, bəlkə də, artıq Üçüncü Dünya müharibəsindədir.

Median.Az xəbər verri ki, bu barədə "Yle” nəşri yazıb.
Halla-aho hesab edir ki, dünya Üçüncü Dünya müharibəsinin artıq başladığını dərk etmir, "çünki biz onu hər vəchlə önləməyə çalışırıq". O xəbərdarlıq edib ki, faktların göz ardı edilməsi ciddi problemlərə gətirib çıxara bilər.

"Əgər müharibə vəziyyətində olub-olmadığımızı bilmiriksə, hər zaman müharibədə olduğumuzu fərz etmək daha yaxşıdır", – deyə Halla-aho Turun Sanomat qəzetinə müsahibəsində bildirib.
Onun fikirləri ötən bazar günü İsveçin baş naziri Ulf Kristerssonun bəyanatı ilə üst-üstə düşür. Kristersson bildirmişdi ki, "İsveç müharibə vəziyyətində deyil. Lakin sülh şəraitində də deyil".

Halla-aho vurğulayıb ki, Ukraynanı qorumaq və ona yardım göstərmək ali siyasi prioritet olmalıdır. O bildirib ki, Ukraynadakı müharibə Finlandiya siyasətində hazırkından daha çox diqqət tələb edir.

Parlamentin spikeri əlavə edib ki, Finlandiya öz hədəfini daha aydın müəyyənləşdirməli və bu istiqamətdə sərmayələr etməlidir.

Finnlər Partiyasının keçmiş sədri olan Yussi Halla-aho slavistika üzrə fəlsəfə doktorudur. O, 1990-cı illərdə Finlandiyanın Kiyevdəki səfirliyində çalışdığı üçün rus və ukrayna dillərini sərbəst bilir.
скачать dle 11.3
Mojo.az Banner