Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Gürcü ekspert: Kobaxidzenin ilk rəsmi səfərini Azərbaycana etməsi iki ölkə arasında strateji tərəfdaşlığa verilən önəmi göstərir

17.01.2025 19:14 978
Gürcü ekspert: Kobaxidzenin ilk rəsmi səfərini Azərbaycana etməsi iki ölkə arasında strateji tərəfdaşlığa verilən önəmi göstərir
Gürcüstan Baş nazirinin ilk rəsmi səfərini Azərbaycana etməsi iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın və münasibətlərin əhəmiyyətini bir daha
sübut edir.

Bunu apa-ya açıqlamasında gürcüstanlı siyasi ekspert Zaal Andjaparidze deyib.

“Gürcüstan Baş nazirinin ilk rəsmi səfərini Azərbaycan Respublikasına etməsi iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından çox böyük əhəmiyyət daşıyır. Bu səfər iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın və yaxşı qonşuluq münasibətlərinin əhəmmiyyətini göstərir. Düşünürəm ki, bu proses müxtəlif istiqamətlərdə səfərlərlə davam etdiriləcək. Azərbaycan Gürcüstanın əsas investorlarından biridir. Düşünürəm ki, qarşılıqlı investisyaların genişləndirilməsi ilə bağlı önəmli qərarlar qəbul ediləcək çünki bu, hər iki tərəfin maraq dairəsindədir”.

Gürcü ekspert Gürcüstanın Cənubi Qafqazın hər üç ölkəsinin iştirak etdiyi birgə əməkdaşlıq formatı yaratmaqda maraqlı olduğunu, bu təşəbbüsün regionda sülh və sabitliyin inkişafına xidmət etdiyini deyib.
“Gürcüstan baş naziri İrakli Kobaxidzenin irəli sürdüyü üçtərəfli əməkdaşlıq formatı regionumuzda sülhün və sabitliyin əldə olunması, qorunması və saxlanılması istiqamətində çox vacib təşəbbüsdür. Bu təklif keçmişdə də fərqli məzmun və formalarda irəli sürülmüşdü, ancaq yerli vəya xarici faktorlar bunun baş tutmasına mane oldular. Azərbaycan və Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətə baxarsaq bu irəli sürülən bu təklifin həyata keçirilməsi o qədər də asan olmayacaq. Bir məsələyə toxunmaq istərdim, dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov daxili məsələlərə və suverenliyə müdaxilənin yol verilməz olduğunu qeyd etdi. Gürcüstan hökumətinin də yanaşması məhz bu cürdür. Düşünürəm ki, ikitərəfli əməkdaşlıq Azərbaycan və Gürcüstanın kənar müdaxilələrdən qorunması baxımından böyük önəm daşıyır”.

Zaal Andjaparidze Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının alternativi olmadığını vurğulayıb.

“Düşünürəm ki, Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlığının alternativi mövcud deyil. Bu formatın məqsədi regionumuzda sülh və sabitliyin bərqərar edilməsidir. Bu region daim müharibələrin astanasında balanslaşdırıla bilməz. Bunun üçün siyasi iradə və regionda yeni müharibələrin başlaması səylərinin qarşısını alan platformalar lazımdır. Bu gün biz açıq-aydın görürük ki, müəyyən qüvvələr regionda yeni münaqişə yaratmağa çalışırlar. Qərb Rusiyanı strateji məğlubiyyətə uğratmaq məqsədilə hər bir addımı atmağa hazırdır. Ancaq bu yanaşma kiçik ölkələri və regionları qurban seçir, mümkün nəticələr onları maraqlandırmır”, - ekspert deyib.

Son xəbərlər