Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub - FOTO

28.12.2024 23:02 1 134
Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub - FOTO
Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) dekabrın 28-də açılışı olub.

Median.Az Azertac-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Mədəniyyət naziri Adil Kərimli Leyla Əliyevaya Mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Yaradıcı Mərkəzin əsas məqsədi gənc istedadları dəstəkləmək, onların ixtisaslarını artırmaq və yaradıcılıq potensialının reallaşdırılmasına şərait yaratmaqdır. Eləcə də mədəni və yaradıcı sənayelər sahəsində layihələr həyata keçirmək, bu sahədə yeni sahibkarlıq subyektlərinin, startapların formalaşmasına və inkişafına dəstək verməkdir. Həmçinin yerli yaradıcı məhsul və xidmətlərin yaradılması və ixracının artırılmasına kömək göstərmək, müvafiq istiqamətlər üzrə regionlardan istedadlı gəncləri cəlb etməkdir.
Diqqətə çatdırılıb ki, hazırda Yaradıcı Mərkəz bir sıra uğurlu layihələr, o cümlədən 3 inkubasiya proqramı həyata keçirir: Musiqi, "Gametech", "Cultech". Bu proqramlar çərçivəsində artıq 20 yeni startap yaradılıb və ümumilikdə 50-dən çox rezident Mərkəzin xidmətlərindən istifadə edir.

Adil Kərimli qeyd edib ki, nazirliyin təşkilatçılığı ilə 2023-cü ildən etibarən "Yaradıcı müzakirələr" ("Creative Talks") layihəsi həyata keçirilir. "Yaradıcı müzakirələr" layihəsi paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə yönəlib.

Mərkəzdə animasiya, musiqi və kino sənayesi, dizayn, yaradıcılıq sahələrində "Ai4Art" layihəsi çərçivəsində süni intellektin istifadəsi üzrə ustad dərsləri və təlimlər keçirilir. Bu təhsil proqramlarında 200-dən çox gənc iştirak edir. Mərkəzin tərkibinə, həmçinin "Yaradıcı Market" bazar platforması, "Yaradıcı Edu.az" tədris mərkəzi də daxildir.

Burada müxtəlif yaradıcı sahələrdə yüksəkkeyfiyyətli işlərin ərsəyə gəlməsi üçün müasir texnologiyalarla təchiz olunmuş foto və video, səsyazma, animasiya, rəqs və digər studiyalar var.

Yaradıcı Mərkəzin tərəfdaşları arasında həm yerli qurumlar, təşkilatlar, həm də xarici beynəlxalq təşkilatlar yer alır.

Qeyd edək ki, Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz) 2022-ci il 22 iyulda Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiqlənib. Mərkəz "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na dair Tədbirlər Planının icrası məqsədilə 2024-cü ildə Mədəniyyət Nazirliyi tərəfindən təsis edilib.








Son xəbərlər